Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:39

Cəmil Həsənli: «Faşist Almaniyası belə metoddan istifadə edirdi» [Video]


-

Milli Şuranın sədri Cəmil Həsənli ölkədə baş verən son hadisə və həbslərdən danışır.

«HƏBSLƏR ÜÇÜN YAYIN QIZMAR VAXTI SEÇİLİB»

«Həbslər ölkədə baş verən ümumi proseslərin bir hissəsidir. Müxalif partiyalar zəiflədildi, gənclər təşkilatları susduruldu. 2012-ci ildən sonra gənclər aktivləşdilər, mitinqlərin aparıcı iştirakçısına çevrildilər. Sosial şəbəkələrdə təşəbbüsü ələ aldılar. NİDA-çı gənclərin həbsləriylə onları susdurmağa çalışdılar. Gənclərdən sonra hədəf müstəqil QHT-lər oldu. Bu baş verənlər təsadüfi deyil. Onlar siyasi məhbus məsələsinin müzakirəsində aktivlik edirdilər. Bir tərəfdən Azərbaycan prezidenti bildirir ki, ölkədə siyasi məhbus yoxdur, digər tərəfdən hüquq müdafiəçilərini həbs etdirir. Prosesin seçilmə vaxtı da maraqlıdır. Bu həbslər yayın qaynar, tətil vaxtında baş verir. Faşist Almaniyası belə metoddan istifadə edirdi».

«CƏBHƏDƏKİ GƏRGİNLİYİN MÜƏMMALI TƏRƏFLƏRİ VAR»

«Bu yayın dramatik hadisələri üç ton narkotikin tutulması ilə başladı. Bu gün Natiq Ədilovun ata evindən narkotik maddə tapan qurumlar necə bu üç tonu görə bilmədilər? Bu, bir xəbərdarlıq idi. Azərbaycanın narkotrafikə çevrilməyinin təsdiqi idi. Daha sonra cəbhədə gərginlik yarandı. Cəbhədəki hadisələrin müəmmalı tərəfləri çoxdur. Niyə ölən hərbçilərimiz müəyyən qədər rütbəli şəxslər idi? Hökumət rəsmiləri bildirdilər ki, üstünlük bizdədir. Ancaq ərazi azad edə bilmədiksə, bu üstünlük nəyə lazımdır? Bəlkə üstünlük belə ölçülür ki, Ermənilər daha çox itki verib? Reallıq budur ki, 20 ildir işğalla barışan bir hakimiyyət öz xalqı ilə mübarizəyə başlayıb».

«İNTİQAM ƏLİYEVİN HƏBSİNİN ƏSAS SƏBƏBİ AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTLƏRİDİR»

«İntiqam Əliyev niyə tutulub? Bir səbəb budur ki, öz mövqeyi var. O, siyasi məhbus siyahısının müəyyən edilməsində önəmli insanlardandır. Digər vacib məsələ Avropa Məhkəməsinə edilən şikayətlərdir. 2010-cu il parlament seçkiləriylə bağlı şikayətlər onun tərəfindən Avropa Məhkəməsinə çıxarılıb. 71 şikayətin 51-nin təmin olunma mərhələsidir. Bu halda parlament qeyri-legitim sayılır».

«MÜDAFİƏNİN MƏRKƏZİNDƏ LEYLA YUNUS DURMALIDIR»

«Leyla Yunusun həbsindən sonra biz ictimaiyyətin toplantısını keçirdik. Öz münasibətimizi bildirdik. Xarici səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri bu toplantıda vardı. Biz bildirdik ki, bu həbslər hakimiyyətin insan haqlarını müdafiə edən şəxslərə repressiyasıdır. Həyatını insan hüquqlarına həsr etmiş insan həbs edilib. Adətən Azərbaycanda həbs olunmaq kişi sənəti hesab edilib. Qadınların siyasi mülahizələrə görə həbsi son 5 ilin hadisəsidir. Düşünürəm ki, müdafiənin mərkəzi siması Leyla Yunus olmalıdır».

XS
SM
MD
LG