Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

IREX Azərbaycan qanunlarını pozmadığını bəyan edir


IREX
IREX

-

«IREX Azərbaycan»ın bütün fəaliyyətləri ölkə qanunvericiliyi çərçivəsində həyata keçirilib və yenə də davam edir.

Bunu «IREX Azərbaycan» nümayəndəliyi bəyan edir.

Qurum bildirir ki, onların əsas fəaliyyəti Azərbaycanın istedadlı gənc insanlarının müxtəlif xarici universitetlərdə pulsuz təhsil almasına yardım etmək olub:

«Bu günə qədər yüzlərlə insan bu imkandan istifadə edərək Azərbaycana qayıdıb, müxtəlif yerlərdə fəaliyyət göstərirlər. Onlar eyni zamanda idarəetmədən istehsalatadək hər yerdə təmsil olunurlar».

«IREX Azərbaycandakı fəaliyyəti dövrü ərzində dövlət və hökumət qurumları ilə əməkdaşlığını «sadəcə bilgiləndirmə və koordinasiya çərçivəsində deyil, icra səviyyəsində» də qurub»,- bəyanatda deyilir:

«Müxtəlif dövrlərdə, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, «Azərpoçt» MMC, Dövlət Universitetləri, İctimai Televiziya, Regional Televiziyalar ən sıx əməkdaşlıq etdiyimiz qurumlar olub. IREX Azərbaycanı bir bütün görür və hər hansı ayrıseçkilik olmadan istər dövlət, istər QHT, istər Kommersiya qurumları və vətəndaşlarla əməkdaşlıq edir».

Qurum bəyan edir ki, onlar Azərbaycan qanunlarının tələblərinə hər zaman hörmətlə yanaşıb, öz işini bütün qanunvericiliyin, o cümlədən 18 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi «Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə qanununun tələblərinə uyğun qurub.

IREX-in Azərbaycan nümayəndəliyi öz bəyanatında hesablarının dondurulması ilə bağlı hər hansı açıqlama verməyib.

XS
SM
MD
LG