Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:20

Azərbaycan neftinin Odessa-Brodı-Plotsk marşrutu ilə nəqli imkanları nəzərdən keçirilib


«Azərbaycan Polşanın mühüm enerji tərəfdaşıdır». İqtisadi İnkişaf naziri Heydər Babayevi qəbul edən Polşanın İqtisadiyyat naziri Pyotr Vojnyak belə deyib. İqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın sentyabrın 12-də Varşavada keçirilən görüşündə Azərbaycan neftinin Odessa-Brodı-Plotsk marşrutu ilə nəqli imkanları da nəzərdən keçirilib. Hazırda kəmərin Ukraynadan keçən Odessa-Brodi hissəsi hazır olsa da, Brodi-Plotsk hissəsinin Polşa ərazisində işası başa çatmayıb. Polşa tikintini Avropa Birliyinin yardımıyla yekunlaşdırmaq istəyir, amma bundan ötrü Azərbaycanın kəmər vasitəsilə neft nəql etməyə hazır olması təminatları olmalıdır. Bu məsələ Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri zamanı və Baş nazir Viktor Yanukoviçin bir müddət əvvəl polşalı həmkarıyla görüşlərində də əsas müzakirə mövzusu olmuşdu.


XS
SM
MD
LG