Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:11

İqtisadi azadlıqlara görə 130 ölkə arasında Azərbaycan 83-cüdür


Qərargahı Vaşinqtonda yerləşən Cato İnstitutu dünyanın 130 ölkəsində iqtisadi azadlıqlarla bağlı növbəti 10-cu illik hesabatını açıqlayıb. 38 kriteriya üzrə tərtib edilən reytinq cədvəlində əsasən azad beynəlxalq ticarət, mülkiyyət hüquqlarının qorunması, kredit sisteminin tənzimlənməsi, əmək bazarı və biznes mühiti təhlil edilib. 10 balla qiymətləndirilən bu sənəddə Azərbaycan 6 balla 83-cü yerdədir. Gürcüstan və Ermənistan isə 6,7 balla 53-cü yeri bölüşdürür. Rusiya 102-ci yerdədir. Kommersiya strukturlarında ən yaxşı vəziyyət Honkonqda, Sinqapurda, Yeni Zelandiyada və İrlandiyadadır. Ən aşağı iqtisadi azadlıq 2,8 balla Zimbabvedədir.


Bir qədər əvvəl Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının biznes mühitilə bağlı hesabatında 175 ölkə arasında Azərbaycan 99-cu yerdə göstərilmişdi.


XS
SM
MD
LG