Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Hacı Məmmədov suallara cavab verməkdən yayınır


Avqustun 30-da keçirilən məhkəmə prosesində Daxili İşlər Nazirliyinin (DİN) keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov vəkillərin bəzi suallarına cavab verməkdən imtina edib. O, istintaqda bəzi cinayətləri DİN-in yüksək rütbəli zabiti Kamil Sədrəddinovla planlaşdırdığını desə də, məhkəmədə Sədrəddinovla heç bir cinayət ortaqlığı olmadığını bildirib. Hacı Məmmədov hazırda onunla bir qəfəsdə oturan keçmiş rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılovun suallarına da cavab verməkdən imtina edib. Günün ikinci yarısında isə Hacı Məmmədovun mülki nikahda olduğu Nailə Quliyeva ifadə verib. O, özünü ancaq cinayəti bilib xəbər verməməkdə günahkar sayıb. Nailə Quliyeva istintaq dövründə mənəvi təzyiqlərə məruz qaldığını da bildirib. Məhkəmə prosesi onun dindirməsi ilə avqustun 31-də davam edəcək.


Aralarında DİN-nin yüksək rütbəli zabitləri də olan 27 nəfərlik qrup bu ilin martında həbs olunub. Onlar Hacı Məmmədovun rəhbərliyi altında adam oğurluğu və çoxsaylı qətllərdə ittiham edilirlər.


XS
SM
MD
LG