Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:36

Ramil Usubov Şahin Ağabəyliyə qarşı iddiasını geri götürdü


Avqustun 21-də Nəsimi Rayon Məhkəməsi Daxili İşlər naziri Ramil Usubovun «Milli Yol» qəzetinin baş redaktoruna qarşı qaldırdığı iddia ərizəsinə baxıb. Məhkəmə prosesində hakim Hilal Xəlilov redaktora qarşı cinayət işinin dayandırılması barədə qərar qəbul edib.


Daxili İşlər Nazirliyi «Milli Yol» qəzetinin böhtan və işgüzar nüfuzun təhqirinə görə məhkəməyə vermişdi. Bu iddiaya səbəb isə qəzetdə «Adam oğrularının himayəçisi» və «Həyasız adam» başlıqlı yazıların dərc edilməsidir.


Avqustun 17-də keçirilən məhkəmə zamanı Şahin Ağabəyli etiraf edib ki, həmin məqalədə nazirin ünvanına təhqir və böhtana yol verilib. O, nazirdən üzr istəyib. Avqustun 21-də keçirilən məhkəmədə isə "Milli Yol" qəzetində təkzib dərc olunması və redaktorun üzr istəməsinə görə iddiaçının öz şikayətini geri götürməsi ilə Nazirliyin Şahin Ağabəyliyə qarşı iddiasına son qoyulub.


Amma Şahin Ağabəyli hələ də həbsdədir. O, avqustun 10-da deputat Arif Rəhimzadənin iddiası ilə bir il müddətinə azadlıqdan məhrum edilib. Millət vəkili qəzetin karikaturasını çəkməklə onun şərəf və ləyaqətini təhqir etdiyini bildirir.


XS
SM
MD
LG