Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

Qars vilayətinin yerli hakimiyyətində Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasını istəyən qüvvələr var


Azərbaycanın Türkiyənin Qars vilayətindəki konsulu Həsən Zeynalov bildirir ki, Qarsda yerli hakimiyyətdə Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasını istəyən qüvvələr var. Amma Azərbaycanı Türkiyə hökumətinin mövqeyi maraqlandırır. Hökumət də dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi öz həllini tapmasa, Ermənistanla sərhədlər açılmayacaq.


Həsən Zeynalov əlavə edib ki, Qars-Bakı təyyarə reysinin açılması ikitərəfli əlaqələrin daha da genişlənməsinə səbəb ola bilər.


Cənab Zeynalov Azərbaycanla Türkiyə arasındakı ərazinin QİÇS xəstəliyi sarıdan həssas bölgə olması barədə Türkiyə mətbuatının yazdıqlarına aydınlıq gətirib. Konsulun sözlərinə görə indiyə qədər İqdırda üç dəfə reyd keçirilib və hər dəfə əlliyə yaxın azərbaycanlı qadın saxlanıb. Konsul onların arasında QİÇS xəstələrinin olmadığını söyləyir.


XS
SM
MD
LG