Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

Diplomatlar prezidentdən göstəriş aldılar


Avqustun 14-də Bakıda Azərbaycanın müxtəlif ölkələrdəki səfir və konsullarının beş günlük toplantısı başlayıb. Toplantıdakı çıxışında prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə Azərbaycanın mövqeyinin gücləndirilməsi, bu istiqamətdə yeni yolların tapılması ilə bağlı səfirlər qarşısında tələblər qoyub. İlham Əliyev münaqişə ilə bağlı Bakının mövqeyini bir daha bəyan edib və Azərbaycanda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bildirib: «Deyirlər ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratlarını həll etməlidirlər. Başqa ölkələrdə də ermənilər yaşayır. Orda onlar öz müqəddəratlarını müəyyənləşdirirlərmi? ABŞ-da, Los-Ancelesdə erməni dövləti yaradacaqlar, yoxsa Fransanın Marsel şəhərində və ya Rusiyanın Krasnodar vilayətində? Bu mümkün deyil. Nə üçün Azərbaycan istisna olmalıdır? İkinci erməni dövləti burda yaradılmalıdır? Hansı məntiqdən söhbət gedir? Azərbaycan heç vaxt buna yol verməyəcək».


Növbəti dörd gündə diplomatlar prezidentin tapşırıqlarını müzakirə edəcək, təkliflər verəcəklər.


Azərbaycanlı diplomatlarının ilk toplantısı iki il öncə, 2004-cü ilin iyulunda keçirilmişdi. Hazırda Azərbaycanın 50-dək ölkədə səfirlik və ya konsulluğu, eləcə də müxtəlif beynəlxalq qurumlarda nümayəndəlikləri fəaliyyət göstərir.


XS
SM
MD
LG