Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

Polis İdarəsindəki ölümlə bağlı 2 nəfər polis zabiti vəzifəsindən azad edilib


Mingəçevir Şəhər Polis İdarəsində müəmmalı şəkildə dünyasını dəyişən Rasim Əlişovun ölümüylə bağlı 2 nəfər polis zabiti vəzifəsindən azad edilib, 3 nəfər polis əməkdaşı isə şiddətli töhmət alıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, iyulun 26-da nazirliyin təhqiqat qrupu Mingəçevir Polis İdarəsində araşdırma aparıb. Təhqiqat avqustun 3-də başa çatıb. Qrupun rəyinə əsasən, nazir Ramil Usubov Mingəçevir Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Bölməsinin rəisi İlqar Abbasovu polis sistemindən azad edib.


Cənab Zahidov deyir ki, təhqiqat qrupunun rəyi Mingəçevir Şəhər Prokurorluğuna göndəriləcək. Şəhər prokuroru Ağarəhim Rəhimovun sözlərinə görəsə, onlar artıq polis əməkdaşlarını istintaqa cəlb ediblər.


İyulun 25-də Mingəsevir Şəhər Polis İdarəsində Qarabağ döyüşlərində əlil olmuş Rasim Əlişov dünyasını dəyişmişdi. Şəhər prokurorluğu onun ölümüylə bağlı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma maddəsiylə cinayət işi açıb.


XS
SM
MD
LG