Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:38

Ukraynanın şərqində iki rusdilli nəşrin redaktoru öldürülüb


İki rusdilli nəşrin redaktorunun meyiti Mariopol şəhərində tapılıb. Sergei Dolgov-un üzərində işgəncə izləri olan meyiti Dnipropetrovsk şəhərindəki parkda aşkarlanıb. Bu barədə Qlagol onlayn xəbər portalının redaktoru Konstantin Dolgov iyulun 13-də VKontakte sosial şəbəkəsində yazıb.

Dolgov-un ölümü rəsmi təsdiqlənməyib.

Həmkarları onun iyunun ortasında Mariopolda oğurlandığını deyir.
Konstantin Dolgov iddia edir ki, Ukraynanın Dnepr-1 müdafiə batalyonunun əsgərləri oğurlamada iştirak edib.

Sergei Dolgov iki yerli nəşrin – «Hochu v SSSR» və «Vestnik Priazovya»nın redaktoru idi.

O, Kiyevin rusiyayönlü separatçılara qarşı hücumu vaxtı Ukrayna güc orqanları əməkdaşlarının törətdiyi iddia olunan hüquq pozuntularını toplayırdı.

XS
SM
MD
LG