Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:35

Ukraynanın şərqində insan oğurluğu artır


Amnesty International bildirir ki, son 3 ayda Ukraynanın şərqində yüzlərlə adam oğurlanıb. Qurbanların çoxuna da işgəncə verilib. Bu halların çoxu separatçılar tərəfindən törədilib.

Amnesty İnternational-ın Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivosheev iyulun 11-də deyib ki, «adam oğurluğunun əksəriyyəti silahlı separatçılar tərəfindən həyata keçirilir. Qurbanlar döyülür, işgəncəyə məruz qalır».

O, Kiyevyönlü qüvvələr tərəfindən də az sayda belə hallara yol verildiyini söyləyib.

Qurum dəqiq rəqəm açıqlamayıb. Ancaq Ukraynanın Daxili İşlər Nazirliyi apreldən iyunadək 500-dək hadisənin baş verdiyini bəyan edib.

BMT missiyası isə ötən 3 ay ərzində 222 adamın oğurlandığını bildirib.

XS
SM
MD
LG