Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:20

«İctimai fəallara qarşı təzyiqlər dayandırılmalıdır».


-

Belə bir bəyanatla «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansı çıxış edib.

Alyansın iyulun 9-da yaydığı bəyanatda bloqqer Ömər Məmmədovun 5 il azadlıqdan məhrum edilməsi, Gəncə şəhər Nizami rayon məhkəməsində hüquq müdafiəçisi Həsən Hüseynliyə 7 il cəza istənilməsi hakimiyyətin sifarişi hesab edilir.

Alyans hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi hüquqşünas Qurban Məmmədovun apellyasiya şikayətinə baxaraq ilkin məhkəmə qərarını qüvvədə saxlamaqla hakimiyyətin verdiyi siyasi qərarı yerinə yetirib.

Bəyanatda Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı təzyiqlər də pislənilir. Bildirilir ki, sənədləri əllərindən alınan ailənin tez-tez istintaqa çağırılması hakimiyyətin qisasçı münasibətini nümayiş etdirir.

Alyans hakimiyyətdən vətəndaş cəmiyyəti fəallarına qarşı təqib və təzyiqlərin dayandırılmasını, sifarişli məhkəmə hökmlərinin ləğv olunmasını, siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.

XS
SM
MD
LG