Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:51

Türk liseyinin məzunu: «Nə itirdiyimiz bundan sonra daha aydın görünəcək»


Naxçıvan Türk Liseyinin məzunu Rəhman Məmmədov
Naxçıvan Türk Liseyinin məzunu Rəhman Məmmədov

-

Gözlə

No media source currently available

0:00 0:05:10 0:00
Direct-ə keçid

«Azərbaycandakı liseylər Erdoğan-ın sözüylə bağlandı»

Bakının – «Çağ Öğretim»ə məxsus liseylərinin ardınca Naxçıvanda fəaliyyət göstərən «Zaman-Öğretim» şirkətinin türk tədris ocaqları da bağlandı. Naxçıvanda 3 belə lisey vardı: Naxçıvan Türk Liseyi, Şərur Türk Liseyi və Ordubad Qız Liseyi. Naxçıvan Türk Liseyinin məzunu Rəhman Məmmədov AzadlıqRadiosuna müsahibəsində liseylərin bağlanmasından və daha sonra baş verənlərdən danışır.

– Rəhman, fikrincə, liseylərin bağlanmasından Naxçıvan nə itirir, nə qazanır?

– Qazanmağını deyə bilmərəm, ancaq çox şey itirdi. Xeyli biliyə yiyələnəcək, vətənə xeyirli ola biləcək gəncləri itirdik. Çox sayda gəncin gələcəyinə sual doğdu. Valideynlər yaxşı, cəmiyyətə faydalı övlad qazanmaqdan məhrum oldu. Təhsil adına çox şey itirdik. Azərbaycandakı orta məktəblərin də, bu liseylərin də verdiyi təhsil göz önündədir. Bundan sonra daha aydın olacaq ki, nə itirdik.

– Naxçıvan liseylərində nə qədər şagird təhsil alırdı və sizcə, onların taleyi necə olacaq?

– Təxminən min nəfər təhsil alırdı. Təkcə mənim oxuduğum Naxçıvan Türk Liseyində 350 nəfər oxuyurdu. İllik qəbul da buna uyğun aparılırdı. Naxçıvanda liseylərin bağlanmasına bir neçə dəfə cəhd olunub, ancaq, baş tutmamışdı. Son dəfə 2012-ci ildə bu liseyləri bağlaya bilməyəcəklərini anlayıb valideynlərə uşaqlarını liseylərdən çıxarmağa məcbur etməyə başladılar. Həmin ərəfədə liseylər boş qalmışdı. Seçməyə layiq başqa məktəb də yox idi ki, valideynlər müraciət etsin. Məcbur olub uşaqları orta məktəblərə yazdırıb, repetitor yanına hazırlığa göndərirdilər. Sonradan razılıq əldə olundu və şagirdlər liseylərə qayıtdılar. İndi də, yəqin ki, valideynlər bənzər addım atacaqlar.

– Bu liseyləri Amerikada mühacirətdə olan Fetullah Gülen-lə bağlayanlar var. Erdoğan-la Gülen arasındakı dartışmalar, Azərbaycandakı liseylərin məhz Türkiyə baş nazirinin Bakıya səfərindən sonra bağlanması, istər-istəməz, bəzi suallar doğurur...

– Çox güman, bunlar birbaşa siyasi məsələlərlə bağlıdır. Bu liseylər Gülen-e aid deyil, amma onun təşəbbüsü ilə açılıb. Fetullah Gülen-in Türkiyə baş naziri ilə münasibətlərinin pisləşməsi bizə də təsirini göstərib. Bu, Azərbaycan hökumətinin xarici siyasətdən asılılığının göstəricisidir. Baş nazirin sözü ilə Azərbaycandakı liseylər bağlandı.

– Həmin liseylərdə zərərli nə isə təbliğ olunurdu?

– Yox. Oxuduğum 5 il boyunca nə özümə, nə də başqalarına zərər verəcək bir şeylə rastlaşdım. Əksinə, xeyli müsbət hallar olub. Lisey məzunlarının ümumi səviyyəsinə baxanda da bunu görmək olar. Bizə vətənpərvərlik, milləti sevmək aşılanıb. Nə dövlət, nə də millət üçün təhlükə törədəcək heç nə aşılanmayıb.

– Liseylərdə ən çox nəyə önəm verilirdi?

– Yüksək təhsilə önəm verirdilər. Bundan ötrü hər cür fədakarlığa hazır idilər.

– Təhsilhaqqı necə idi?

– Çox yaxşı, Naxçıvan şərtlərinə çox uyğun idi. İllik 700 manat ödəyirdik. Maddi sıxıntısı olanlar hətta pulsuz oxuyurdular. Bəzən də pulu olmayanlar həyətindəki meyvə-tərəvəzdən məktəbə verib, təhsilhaqqını qarşılayırdı.

– Bəs tədrisin səviyyəsi?

– Çox əla idi. Azərbaycan üzrə 4500 məktəbin bal səviyyəsinə görə, ikinci olmuşdu bizim lisey. Şərur Türk Liseyi 6-cı, Ordubad Qız Liseyi isə 11-ci olmuşdu. Məzunlar xaricdə və ölkə daxilindəki ən yaxşı universitetlərə oxumaq hüququ qazanırdılar. Oxuduğum müddətdə liseyimizə abituriyent qəbulu 100 faizdən aşağı düşməmişdi

XS
SM
MD
LG