Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:33

Ukrayna sərhədində ağır döyüşlər gedir


Luqansk şəhərində Sərhəd qoşunlarının hərbi hissəsinin pıncərəsi. İyunun 3-də ağır döyülərdən sonra separatçılar onu ələ keçiriblər
Luqansk şəhərində Sərhəd qoşunlarının hərbi hissəsinin pıncərəsi. İyunun 3-də ağır döyülərdən sonra separatçılar onu ələ keçiriblər
Ukrayna-Rusiya sərhəddinin Luqansk və Donetsk vilayətləri kəsişməsindəki sahəsində çox gərgin vəziyyət yaranıb. Bu haqda Ukrayna sərhəd xidmətinin sədri Nikolai Litvin-nin bəyanatında deyilir.

“Rusiya Federasiyasından gələn silahlı terrorçu dəstələrin Ukrayna sərhəd məntəqələrinə hücumları adi hal alıb. Ukrayna sərhədçiləri ölkə həddlərini müdafiə etmək üçün əllərindən gələni edirlər” – Litvinin sərhəd xidmətinin internet saytında yerləşdirilən bəyanatında oxuyuruq.

Bəyanatda bildirlir ki, hazırda Donetsk vilayətinin Şaxtyorsk rayonunun ərazisindəki “Marinovka” sərhəd keçid məntəqəsinə həm Rusiyanın “Kuybışevo” sərhəd nəzarət postu istiqamətindən, həm də Ukrayna ərazsinin içindən yaraqlı dəstələr hücuma keçib. Litvin xəbər verir ki, “Ukrayna sərhəd xidmətinin şəxsi heyəti 2 tərəfdən hücuma keçən terrorçularla ağır döyüşlər aparır”. Burada 3 sərhəddçinin yaralandığı, qarşı tərəfin də sayı dəqiqləşdirilməyən itki verdiyi bildilir.

Litvinov Ukrayna sərhədlirinin dövlətin bütün güc strukturlarının resursları hesabına müdafiə olunmasına çağırıb.

May ayından başlayaraq Ukraynadakı rusiyameylli silahlı qüvvələr Luqansk şəhərindəki, Dovjansk və Ukrayna-Rusiya sərhəddinin digər keçid məntəqələrindəki hərbi hissələrə hücumlar edir. Ukrayna tərəfi bu hücumlarda Rusiyadan gələn silahlı dəstələrin fəal iştirakını bilidirir və Rusiya rəhbərliyini Ukraynada vəziyyəti gərginləşdirməyə yönələn təxribatlarda ittiham edir. Moskva Ukraynanın şərqinə heç kimi göndərmədiyini bildirir və öz növbəsində silahlı dəstələri zərəsizləşdirməyə cəhd edən Ukrayna rəhbərliyini öz xalqına qarşı hərbi güc işlətməkdə ittiham edir.
XS
SM
MD
LG