Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:31

Kəmalə Bənəniyarlıya işgəncə verilib-verilmədiyi araşdırılır


Kəmalə Bənəniyarlı
Kəmalə Bənəniyarlı
-
Mayın 24-də Nəsimi rayon Prokurorluğunda 30 sutka azadlıqdan məhrum edilmiş AXCP üzvü Kəmalə Bənəniyarlının şikayəti üzrə araşdırmaya başlanılıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib.

O bildirib ki, Kəmalə Bənəniyarlı Ombudsman Aparatının əməkdaşları ilə görüşündə ona işgəncə verildiyini deyib. Ombudsman Aparatının əməkdaşları bu haqda Baş Prokurorluğa məlumat verib. Prokurorluq işin araşdırılmasını Nəsimi rayon Prokurorluğuna tapşırıb.

Mayın 24-də Nəsimi rayon Prokurorluğunun müstəntiqi, ekspert və vəkil Binəqədi təcridxanasında olub. Kəmalə Bənəniyarlıdan izahat alınıb, ekspert onu müayinə edib. Vəkil deyir ki, başındakı izlər keçsə də, qolunda izlər hələ də qalır.

Kəmalə Bənəniyarlı mayın 6-da NİDA-çılara hökm oxunduqdan sonra keçirilən etiraz aksiyasında saxlanıb. O, 30 sutka həbslə cəzalandırılıb.

Kəmalə Bənəniyarlı Nəsimi rayon Polis İdarəsində ona işgəncə verildiyini bildirib. Daxili İşlər Nazirliyi bu iddianı təkzib edir.
XS
SM
MD
LG