Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Kəmalə Bənənyarlı və Tural Abbaslının şikayətini təmin edilməyib


Mayın 16-da Bakı Apelyasiya Məhkəməsi AXCP üzvü Kəmalə Bənənyarlı və Müsavat partiyasının üzvü Tural Abbaslının şikayətini təmin etməyib. Bu haqda AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib:

«Hər iki şəxs Nəsimi Rayon Məhkəməsinin barələrində çıxardığı sutkalıq həbs cəzasının ləğv olunması ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Nəsimi rayon Məhkəməsi Kəmalə Bənənyarlıya 30, Tural Abbaslıya isə 15 sutkalıq cəza kəsmişdi. Apellyasiya məhkəməsi bizim şikayəti təmin etmədi, ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Biz bunu qanunsuz hesab edirik. Buna görə də növbəti addım kimi Avropa Məhkəməsinə müraciət edəcəyik».

Kəmalə Bənəniyarlı və Tural Abbaslı mayın 6-da NİDA-çı gənclər haqda hökm oxunan gün keçirilən etiraz aksiyasında tutulub. Nəsimi rayon məhkəməsi Kəmalə Bənənyarlını 30 sutka, Tural Abbaslını 15 sutka azadlıqdan məhrum edib.
XS
SM
MD
LG