Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:19

Emil Məmmədov Bakı İstintaq Təcridxanasına köçürülüb


Emil Məmmədov
Emil Məmmədov
-

Salyan rayon məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən «Demokratiya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov mayın 15-də Salyan rayon polis şöbəsindən Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə AzadlıqRadiosuna onun oğlu məlumat verib.

Mayın 13-də saxlanılan hüquq müdafiəçisi Cinayət Məcəlləsinin «hədə-qorxu ilə pul tələb etmək» maddəsi ilə ittiham olunur.

Emil Məmmədova qarşı iddia ilə çıxış edənlər Salyan rayon telekommunikasiya şöbəsinin müdiri Faiq Nəcəfov, maliyyə şöbəsinin müdiri Mahir Kərimov, Su idarəsinin müdiri Zalış Bünyatov və idarənin mühəndisi İlham Əsgərovdur.

Vəkili Elçin Sadıqovun AzadlıqRadiosuna verdiyi məlumata görə, bundan başqa istintaq materialında hüquq müdafiəçisinin müavini, bir müddət əvvəl barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilən Tofiq Qasımovun da adı var.

Emil Məmmədov bütün ittihamları rədd edir. O, hesab edir ki, əslində müavinin saxlanması onun həbsinə hazırlıq olub. Hüquq müdafiəçisi bildirir ki, həbsi rayon icra hakimiyyətinin fəaliyyətini mütəmadi olaraq tənqid etməsi ilə bağlıdır.
XS
SM
MD
LG