Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:23

Ukrayna xəbərlərində müharibə terminologiyası artır (2-4 may xronikası)

Ukraynanın Donetsk və Luqansk vilayətləri Kiyevin nəzarətindən çıxmaq üzrədir.

Növbəti dəfə yaraqlıları zərərsizləşdirməyə çalışan Ukrayna təhülksəzli qüvvələri Slavyansk şəhərini mühasirəyə alıb, Kramatorsk şəhərinə daxil olub.

Slavyanskda qərarlaşan silahlı separatçılar girov saxladıqları əcnəbi müşahidəçiləri azad ediblər.

Odessada Rusiya və Ukraynameylli qruplaşmaların toqquşması faciə ilə nəticələnib. 40-dan artıq adamın həlak olduğu bu hadisəyə görə Moskva və Kiyev bir-birini ittiham edir


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

18:39 4.5.2014
Odessa 3 may. Hüquq-mühafizə orqanları 40 nəfərdən artıq adamın həlak olduğu yanğının səbələrini araşdırır
Odessa 3 may. Hüquq-mühafizə orqanları 40 nəfərdən artıq adamın həlak olduğu yanğının səbələrini araşdırır
AzadliqRadiosu Ukrayna xidməti xəbər verir ki, minə yaxın Rusiyameylli Odessada polis binasına hücum edərək, 2 may faciəsinə görə həbs olunanların azad olunmasını tələb edirlər. Ukrayna rəsmiləri faciəyə görə məsuliyyəti polisdə gördüklərini bəyan ediblər. Həmçinin bildirlir ki, iğtişaşları təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb, onların arasında əcnəbilər də var.

Sosial mediada əllərinə qırmızı lent bağlamış polis əməkdaşlarının Rusiyameylli nümayişçilərlərlə birgə hərəkət etdiyini göstərən fotolar və videolar yayılır. Rusiyada və Ukraynanın şərqində Odessa faciəsində görə Kiyev hakimiyyətini ittiham edilər.
18:22 4.5.2014

Sliahlı Slavyansk: kənardan və içəridən görüntülər
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Sliahlı Slavyansk: kənardan və içəridən görüntülər

Şəhərəin mərkəzində silahlı separatçlar istehkamlar qurub təslim olmayacaqlarını deyir. Şəhərin bütün tollarını kəsən hökumət qoşunaları isə Slavyasnka hücum etmək fikrində olmadıqlarını deyirlər. (Reuters-in görüntüləri)

16:48 4.5.2014
Qasım adlı oxucumuz Bakıdan yazır ki, Avropadan və ABŞ-dan yardım alan Ukrayna amerikanın nəzarəti altındandır, Ukrayna ordusu əmri ABŞ-dan alır, ağıl bə səbrlə hərəkət edir. Qasım yazır ki, Qərb bu ölkəni Rusiyanın caynağından qurtarmağa çalışır. Rusiya isə buna heç cürə razı olmaq istəmir. Və nəhayət belə bir proqnoz verir ki, bütün bu qarşıdurma Rusiya imperiyasınnı süqutu ilə nəticələnəcək.

QASIMLA RAZISAN? SƏNİN HADİSƏLƏRLƏ BAĞLI PROQNOZUN NƏDİR?


Bloqun altındakı forumda öz fikirlərini bölüş

Davamı

XS
SM
MD
LG