Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23

NİDA-çıların məhkəməsi mayın 6-na qaldı


-

NIDA-çı gənclərin məhkəməsi başa çatıb. Proses mayın 6-da davam edəcək.

«MƏHKƏMƏNİN SAĞLAM MƏNTİQİ VARSA»

«Hamıya aydındır ki, bu, siyasi bir işdir. Digər gəncləri demokratiya uğrunda mübarizəyə səfərbər etdiklərindən narahat olaraq hakimiyyət bu gəncləri həbsə alıb».

Bunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri NİDA-çı gənclərin bu məhkəmə prosesini şərh edərkən bildirib.

Arif Hacılı deyib ki Azərbaycan gəncliyi NİDA-çı gənclərin azadlığa buraxılması üçün öz güclərini səfərbər etməlidirlər.

«Məhkəmənin sağlam məntiqi varsa, gərək bunu məhkəmə hökmündə hiss edək».

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli bildirir ki, gənclərə qarşı repressiyalar digər gəncləri qorxutmaq üçündür. «Bu çox pis tendensiyadır. Əgər bu tendensiya gəncləri qorxutmağı qarşısına məqsəd qoyursa, əksinə bu cəmiyyətdə aqressiyanı artırır, radikalizm meyllərini gücləndirir. Bundan hamı, ilk növbədə hakimiyyət əziyyət çəkəcək. Ümid edirəm ki, hüquqi, sağlam düşüncə məhkəməyə daha ədalətli qərar qəbul etməyə diktə edəcək».
XS
SM
MD
LG