Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:38

M. Qurbanlı: Leyla Yunusun və həyat yoldaşının saxlanması hansısa hadisə ilə əlaqədardır


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
-

«Rauf Mirqədirovun saxlanması, istintaqa cəlb olunması, Leyla Yunusun və həyat yoldaşının saxlanması, Leyla Yunusun istintaqa cəlb olunması - bütün bunlar bütövlükdə hansısa hadisə ilə əlaqədardır. Yəqin ki, hüquq-mühafizə sistemimizin əlində müəyyən məlumatlar və faktlar var. Buna istinad edərək bu şəxsləri istintaqa cəlb edib».

Bunu AzadlıqRadiosuna Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Leyla Yunusun istintaqa cəlb olunmasını şərh edərkən bildirib.

Mübariz Qurbanlı deyir ki, istintaqın gedişini gözləmək lazımdır: «Saxlanılan şəxsin peşəsi, kimliyi məsələsi ikinci plandadır. Əsas saxlanılan şəxs kimdir, nəçidir, o deyil. Saxlanılan şəxs nəyə görəsə ittiham olunur. Dərhal onun ətrafında hay-küy yaratmaq lazım deyil. Məlumat yayılana qədər mən də bu saxlanma ilə bağlı dəqiq bir söz deyə bilmərəm. Amma mən onu bilirəm ki, bizim hüquq-mühafizə sistemimiz, xüsusilə milli təhlükəsizliklə əlaqədar məsələlər çox dəqiq şəkildə düşünülür, həll olunur, milli təhlükəsizlik sistemimizlə bağlı atılan addımlarda heç vaxt yanlışlığa yol verilmir. Biz hüquq-mühafizə orqanlarımızın atdığı addımları görürük, onların açıqlamalarını izləməliyik. Bunu kimlərsə artıq siyasiləşdirmək, nəyəsə yönəltmək istəyir, tələskənliyə yol verərək bəyanatlar verir. Bəs nəticədə hansısa faktlar ortaya çıxsa, onda bu adamlar nə deyəcəklər?».
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00
Direct-ə keçid
XS
SM
MD
LG