Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:52

İrandan gətirdiyi kafeli gömrükdə saxlanan sahibkar aclıq aksiyası keçirmək istəyir...


Astara
Astara
-

Kiçik sahibkar Yunus Orucov hələ də Astara gömrükçüləri ilə dil tapa bilmir. Artıq iki aydan çoxdur onun İrandan gətirdiyi kafel Astara gömrüyündə saxlanır. Fevralım 19-da bununla bağlı baş prokurorluğa ünvanladığı şikayətə hələ cavab gəlməyib. Ombudsman aparatından bildiriblər ki, şikayəti gömrük komitəsinə göndərilib və cavab olan kimi o məlumatlandırılacaq. Yunus Orucov məhkəmələrə üz tutub. Şirvan iqtisad məhkəməsində aprelin 9-da və 11-də məhkəmə baxışları keçirilib. Astara gömrük idarəsi çağırışlara məhəl qoymayıb və məhkəməyə adam göndərməyib. Məhkəmənin işi də düyünə düşüb:

«MƏCBUR QALIB ÖZ HAQQ SƏSİMİ ÇATDIRMAQ ÜÇÜN AİLƏVİ MİTİNQ-YÜRÜŞ KEÇİRTMƏK İSTƏYİRƏM»

«Dəfələrlə bu haqda gömrük idarəsinə, gömrük komitəsinə, respublika prokurorluğuna, prezidentə müraciət etmişəm. Yenə heç bir nəticəsi olmayıb. Məcbur qalıb öz haqq səsimi ictimaiyyətə və prezidentə çatdırmaq üçün ailəvi mitinq-yürüş keçirtmək istəyirəm».

Yunus Orucov
Yunus Orucov
Sahibkarın sözlərinə görə, mitinqlə bağlı Astara rayon icra hakimiyyətinə müraciət edib. Rayon icra hakimiyyətindən bildiriblər ki, onun göstərdiyi səbəb mitinq keçirməyə əsas vermir. Əgər mitinqə çıxsa, polis onun barəsində cavab tədbiri görəcək:

«ASTARA GÖMRÜK İDARƏSİ DÖVLƏTİN QANUNLARINI SAYMIR...»

«Astara icra hakimiyyətinə mitinqin çağırılmasının əsas səbəbi kimi Astara gömrük idarəsindəki qanunsuzluqları göstərmişəm. Orada göstərmişəm ki, Astara gömrük idarəsi dövlətin qanunlarını saymır, prezidentin sərəncamlarını, qərarlarını hesaba almır və qeyri-qanuni olaraq yükü saxlayıb. Bu haqda gömrük komitəsinə də yazmışam. Əgər bu məlumatları vermişəmsə, haqqım təmin olunmursa, mən nə etməliyəm?».

Sahibkar deyir ki, gömrükdə saxlanan yükə görə sürücüyə ödədiyi pul onu müflis edib. O indi də bundan sonra nə edəcəyini düşünür:

«YA MƏN İNTİHAR ETMƏLİYƏM, YA DA...»

«Ya mən intihar etməliyəm, ya da aclıq etməliyəm ki, haqqıma çatım. Qanun çərçivəsində haqqımı tələb edirəmsə, haqqım təmin olunmursa, mən nə etməliyəm?».

Astara icra bölməsi
Astara icra bölməsi
Nə Astara gömrük idarəsindən, nə də gömrük komitəsindən suallarımıza cavab ala bildik. Gömrük komitəsinin «192 saylı» qaynar xəttinə müraciət etdik. Komitədən özünü Oqtay kimi təqdim edən məmurun sözlərinə görə, «Arçın» kiçik müəssisəsinə məxsus malın saxlanmasına səbəb sənədlərin düz olmamasıdır. Ona xatırladanda ki, Astara gömrük idarəsinin tələbi əsasında sahibkar bütün sənədləri onlara çatdırıb. Məmur bu məsələyə aydınlıq gətirəcəklərini və bizə məlumat verəcəklərini bildirdi. Müraciətimizdən bir həftədən çox vaxt keçsə də gömrük komitəsindən əlavə məlumat verilməyib.

Sahibkar deyir ki, müraciətlər effekt vermir, məhkəmə də acizdir. Açıq şəkildə isə ona etiraz bildirməyə qoymurlar:

«Məqsəd odur ki, bunlar bu malları bir nəfərin adına rəsmiləşdirmək istəyirlər, sonra mal Bakıya getməlidir. Orda kimlərsə var, monopoliya məsələlərinə baxırlar. Onlarla razılaşandan sonra malı rəsmiləşdirirlər. Qanuni yükdür, dövlətin qanunu var, o qanunla da işimi görmək istəyirəm».
XS
SM
MD
LG