Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:34

Bakıda Novruz şənliyi

Novruzda həm bayramı qeyd edib, həm də gözoxşayan oyunlardan, geyimlərdən zövq almaq istəyən İçərişəhərin Qoşa Qala qapısını qarşısına yığışır. Bu şənliyə baş çəkənlər təkcə yerli yox, digər türk xalqlarının da adət-ənənəsinə baxa bilir. Bayramda Bakıda olan Anadolu türkləri, özbəklər, taciklər, qırğız və tatarlar iştirak edir. Onlar öz milli mətbəxini, geyimlərini sərgiləyirlər. Müxtəlif xalqların, ölkələrin təmsil edildiyi Beynəlxalq Novruz Festivalı martın 20-dən 23-dək keçirilir. Canlı musiqi, milli geyimli, müxtəlif nağılları canlandıran obrazlar, kəndirbazlar, güc güləşdirənlər Novruza bir rəng qatır. Builki Novruz şənliklərindən fotoqraf Famil Mahmudbəylinin çəkdikləri.

Davamı

Bölmələr

XS
SM
MD
LG