Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:28

Putin: "Krım Rusiyanın olmalıdır "


Vladimir Putin
Vladimir Putin
Rusiya prezidenti Vladimir Putinin bu gün ötən bazar Krımda keçirilən referendumun nəticələri və ümumilikdə Ukraynadakı hadisələrlə bağlı rəsmi çıxışı olub.

Vladimir Putin Krımda keçirilən referendumun tamamilə qanuni və beynəlxalq normalra uyğun olduğunu bildirib.Vladimir Putin qeyd edib ki, Krım hakimiyyəti referendumu keçirərkən həm də Qərbin özünün yaratdığı Kosovo presedentinə əsaslanıb.

Vladimir Putin həmçinin qeyd edib ki, Rusiya Ukraynanın dağılmasını istəmir, amma Krım Rusiyanın tərkibində olmalıdır və onu Ukraynaya Keçmiş Sovet İttifaqı dövründə veriblər.O bildirib ki, Krım əsirlərlə orda yaşayan hər bir millətin, hamının evi olaraq qalacaq, amma heç vaxt "Bender" regionu olmayacaq.

Putin eyni zamanda Krımda baş verən son hadisələr zamanı qan tökülməməsi, hərbi qarşıdurmaya getmədiyinə görə, Krımdakı Ukrayna hərbçilərinə təşəkkür bildirib.

Qeyd edək ki, Krım rəhbərliyi bazar günü keçirilən referendumdan sonra Rusiyaya qoşulmaq barədə rəsmi müraciət verib.
XS
SM
MD
LG