Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:42

Yanukovych Kİyevə dönəcəyini deyir


Viktor Yanukovych
Viktor Yanukovych
Ukraynanın devrilmiş prezidenti Viktor Yanukovych özünü ölkənin legitim prezidenti sayır. O bunu martın 11-də Rostovda keçiridiyi mətbuat konfransında bəyan edib.

Yanukovych həmçinin ali baş komandan olaraq qaldığını və vəziyyət düzələn kimi Kiyevə dönıəcəyini bildirib.

O həmçinin Qərbi qara qüvvələri müdafiə etməkdə günahlandırıb və qatı millətçi və neofaşist qüvvələrin hakimiyyət oqrqanlarını zəbt etdiklərini bildirib.

Yanukovych bildirib ki, Krım indi Ukraynadan ayrılmağa hazırlaşır və buna görə hakimiyyətdəki ekstremist qüvvələr cavabdehlik daşıyır.

Krım parlamenti isə bu arada Respublikanın müstəqilliyi ilə bağlı bəyannaməni təsdiqləyib.

Bazar günü isə Krımda respublikanın Rusiyaya birləşməsi ilə bağlı referendum keçiriləcək.

Qərb ölkələri və yeni Ukrayna hakimiyyəti referendumun nəticələrini tanımayacaqlarını bəyan ediblər.
XS
SM
MD
LG