Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

AXCP yeni sınaqlar qarşısında. Əli Kərimli ilə söhbət [Video]


-


AXCP baş qərargahından çıxarılır. «İşdən sonra» verilişində partiyanın sədri Əli Kərimli bu barədə danışıb:

«Binada partlayış baş verəndə bildim ki, bu hadisə özbaşına deyil. Daha sonra mülkiyyətçi ilə danışdıq. O dedi ki, onu hədələyirlərmiş ki, binanı AXCP-yə icarəyə verməkdən imtina etməsə, ya partladacaqlar, ya da yandıracaqlar. Bu gün isə səhər tezdən hökumətin reaksiyaları, mülkiyyətçinin də addımları bütün sualların qarşısına nöqtə qoydu. Səhər tezdən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qərargaha sərəncamla gəldilər ki, bina təcili sökülməlidir. Zirzəmidəki partlayışın gücü aşağı olmuşdu, sadəcə bir az təmirə ehtiyac yaranmışdı. Ancaq səhər saat 9-dan dirəniblər ki, bina sökülməlidir. Mülkiyyətçi Azər bəy hökumət nümayəndələrinin telefon danışıqlarını yazıb. Bu səs yazısını jurnalistlərə təqdim edib...».

«MƏQSƏD AXCP-Nİ QƏRARGAHINDAN ÇIXARMAQDIR»

«Əliyevlər dövründə beş dəfə qərargahımızdan çıxarılmışıq. Ancaq bu dəfə polislə deyil, başqa üsulla bizi çıxarmağa çalışırlar. Zirzəmini işlədən bərbər etiraf etdi ki, orada qızdırıcı sistem olmayıb. Partlayışdan sonra paslı bir qaz balonu gətirib atıblar. Bu işin məqsədi AXCP-ni qərargahından çıxarmaqdır. Biz cinayətkar hücuma məruz qalmışıq. Zirzəmini partladıblar. Azərbaycan hakimiyyəti cəzalandırılmalıdır...».
XS
SM
MD
LG