Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Krıma zirehli texnika yığılır (3-4 mart xronikası)

Krıma 16 minə yaxın Rus hərbçisi gətirilib. Yarıformal yaraqlı dəstələr də "rusları" müdafiə etmək üşün yarımadaya axışmaqdadır. Ukrayna hərbi hissələri Rus ordusunun mühasirəsindədir, onlara saat 5-dək ultimatum verilib. Rusiyalı deputat Segey Markov bəyan edib ki, bu hərbçilərin su və işığını kəsmək lazımdır. Xarici ictimaiyyət regiona müşahidəçilərin göndərilməsi tələb edir. Putin Rus ordusunun Ukrayna sərhədlərində aparılan hərbi manevrlərini müşahidə edir. Pentagon Rusiya ilə hərbi əməkdaşlığı tamamilə kəsdiyini bəyan edib.

AzadliqRadiosu hadisələrin gedişi yaxından izləyərək bu bloqu Krımda, Ukraynda, Moskvada, Qərbdə və sosial şəbəkələrdə baş verən olaylarla yeniləyib. Ən yeni xəbərlər bloqun yuxarı hissəsindədir. "Davamı" düyməsini basmaqla bloqu "səhifələmək" olar. Martın 4-nün hadisələrini yeni Canlı bloqda izlə, Azadlqida qal!
04:29 4.3.2014
Krımda vəziyyət gərgin olaraq qalır. Rus qoşunları Ukrayna hərbi hissələrini mühasirəyə alıb təslim olmaq ultimatumu verir. Ukraynalılar əsasən dövlətə sədaqət nümasyiş etdirir, təslim olmayacaqlarını bildirirlər. Gərginlik davam edir. AzadlıqRadiosu martın 4-nə keçən gecəyə olan vəziyyəti, blokadaya alınan Ukrayna hərbi hissələrinin izahlı xəritəsini təqdim edir. Martın 4-də hün ərzində Ukrayna xəbərlərini də bizim dəqiqəbədəqiqə yenilənən Canlı Bloqda izləmək olar

02:57 4.3.2014
Rusiyanın BMT səfiri Vitaly Churkin
Rusiyanın BMT səfiri Vitaly Churkin


BMT Təhlükəsizlik şurasının fövqəladı iclası Ukrayna məsələsini müzakirə edib. Toplantıda Rusiya səfiri Vitaliy Churkinin Ukrayna, ABŞ, Böyük Britaniya və digər ölkə nümayəbdələrinin Rus qoşunlarının Krımda və Ukraynadakı fəallığına dair tənqidlərinə cavab verməli oldu. Çıxışlarının birində Churkin sabiq Ukrayna prezidenti Yanukovychin Rusiyadan hərbi yardım haqda məktubunu nümayiş etdirdi (məktub haqda ətraflı burada oxu)

Churkin növbəti dəfə Rusiyanın hərbi müdaxiləsinə bəraət qazandıraraq ABŞ-ın Grenadaya müdaxiləsini, Kiyevdə 2-ci dünya müharibəsi zamanı almanların tərəfində döyüşənlərin hakimiyyətə gəlməsini, Krım haqda razılaşmaya əsasən Rusiyanın Krımda hərbi fəaliyyət hüququnun olduğunu və s. bildirdi.

Onun Ukraynalı həmkarı Ukrtaynanın mövqeyini bir daha təsdiq edərək bidirdi ki, Rusiya Krımda 11 mindən artıq hərbçi saxlayarsa və ya mmüəyən olunmuş ərazilərdən kənara çıxarsa, ora hərbi vertolyotlar və ağır hərbi texnika daşıyırsa, bu hərəkətlər işğal kimi yozulur. O, həmçinin Ukraynada rus dilinə, Moskvaya tabe olan Pravoslav kilsəsinə, rus əhalisinə qarşı olan təhlükə haqda ittihamlara cavab verdi.

Böyük Britaniya Rusiya səfirindən ATƏT müşahidəçilərinin Krıma getməsinə açıq olduqlarını soruşanda səfir Churkin dedi ki, bura BMT-dir ATƏT deyil.
00:43 4.3.2014
Kerc sərhəd məntəqəsini nəzarətə alan rus əsgərləri
Kerc sərhəd məntəqəsini nəzarətə alan rus əsgərləri


Ukrayna sərhəd xidmətinin rəhbəri Astakhov xəbər verir ki, Rusiyadan Kerç limanına gələn bərələrdə silahlı şəxslər müəyyən olunub. "Saat 19.15-də "Yeysk" gəmisində 2 mikroavtobusun sərnişinlərdə avtomat və pistolet slahlar aşkar edilib". Xəbərdə bildirlir ki, bir qədər sonra limana yan alan "Nikolay Aksenenko" bərəsindəki 3 "KamAZ" maşınında da silahlı şəxlər saxlanılıb. Ukrayna sərhəd xidməti bu şəxsləri və maşınları dayandırmaq istəsə də Krım ərazisindən limana hücum edən Rus əsgərləri silah hədələri ilə maşınların buraxılmasını təmin ediblər.
23:49 3.3.2014
RUSİYAYA QARŞI SANKSİYA HƏDƏLƏRİ GÜCLƏNİR

Rusiya Krıma sülh gətirdiyini iddia edən əsgərlərin sifətini göstərmir
Rusiya Krıma sülh gətirdiyini iddia edən əsgərlərin sifətini göstərmir

Avropa BirlyiABŞ Rusiyadan qoşunlarını geri çəkməyi tələb edib, əks halda ölkəyə qarşı sanksiyalar tətbiq olunacağını vəd edirlər.

Davamı

XS
SM
MD
LG