Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:29

Ukraynada Milli Birlik Hökuməti yaradılır

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur.

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur. Ukrayna keçid dövrünə qədəm qoyur. Fevralın 25-də Avromaydan inqilabında həlak olanların xatirəsi yad edilib


21:18 22.2.2014
Həbsdən çıxan Tymoshenko-nun ilk fotosu
Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko Xarkovda saxlandığı həbsxanadan azad edilib. Onun Kiyevə uçarkən təyyarədə çəkilmiş fotosu:



22:18 22.2.2014
Yanukovych Ukraynadan heç yana getməyəcəyini, istefa vermədiyini bildirir
Ölkəsində baş verənləri dövlət çevrilişi adlandıran Viktor Yanukovych beynəlxalq vasitəçilərin ona təhlükəsizlik təminatı verdiklərini deyir. Fevralın 22-də Ukrayna parlametinin qərarı ilə vəzifəsindən kənarlaşdırılan Yanukovych hazırda ən çox tərəfdarı olan Xarkov şəhərindədir.
Yanukovych Ukraynadan heç yana getməyəcəyini, istefa vermədiyini bildirir
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
11:27 23.2.2014
-
Ukraynada prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Ali Radanın hazırki spikeri, “Batkivşina” (Vətən) fraksiyasından millət vəkili Aleksandr Turchinov icra edir.

“Batkivşina” (Vətən) fraksiyasının sədri Arseni Yachenyuk jurnalistlərə açıqlamasında deyib ki, konstitusiyaya uyğun olaraq ölkənin başçısı yoxdursa, onun səlahiyyətləri parlament sədrinə keçir.

Bundan öncə Ali Rada prezident Viktor Yanukovych-in vəzifəsindən kənarlaşdırılması və mayın 25-də yeni prezident seçkisi barədə qərar qəbul edib.

Yanukovych vəzifəsindən getmək niyyətində olmadığını açıqlayıb, ölkəsində baş verənləri hakimiyyət çevrilişi, Ali Radanın qərarını isə qeyri-qanuni adlandırıb. BU açıqlamanı Yanukovych cümə günü yollandığı Xarkovdan verib.

Hazırda Yanukovych-in harada olduğu bəlli deyil. Yerli media orqanlarının bəzisində onun Doneskə geri qayıtdığı, bəzilərində isə Rusiyaya getdiyi bildirilir.
12:02 23.2.2014
Son hadisələrlə bağlı araşdırmalara başlanıb, aksiya iştirakçıları həbsdən buraxılır
Ukraynada ölkədəki son hadisələrlə bağlı Daxili İşlər Nazirliyi və yerli icraedicilərin davranışına dair artıq araşdırmalara başlanıb. Bu barədə hazırda daxili işlər nazirinin səlahiyyətlərini icra edən “Batkivşina” (Vətən) fraksiyasının üzvü Arsen Avakov açıqlama verib.
Onun dediyinə görə, son üç gündə etiraz aksiyalarında saxlananların hər birinin azad olunması barədə qərar verilib. Avromaydan iştirakçıları və “Sağ sektor” hərəkatının nümayəndələri, o cümlədən xalqın tərəfinə keçən nazirlik əməkdaşlarının iştirakı ilə müşavirə keçirilib. Avakovun dediyinə görə, müşavirədə əsasən, Kiyev küçələrində sabitliyi bərpa etmək, şəhərin əsas obyektlərini mühafizə etmək məsələləri müzakirə olunub.
Məlumatlar var ki, şənbə günü axşam “Maydan özünümüdafiə” nümayəndələri hava limanın yaxınlığında “Batkivşina” (Vətən) fraksiyasının sədri Arseniy Yatsenyuk və Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko-nun avtomobilini yoxlanış üçün saxlayıblar. Fəallar siyasətçilərə bərabərliyi xatırladıblar. “Sizin bura necə gəlməyiniz bizə bir qədər pis təsir etdi. Biz yeni Ukrayna yaratmaq istəyir, canilərin olmayacağı bir Ukrayna” - deyə fəallardan biri Yachenyuk-a bildirib. Tymoshenko-dan isə kimin inqilab etdiyini unutmamağı, ümidləri doğrultmağı istəyiblər.

Davamı

XS
SM
MD
LG