Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:14

Ukraynada etiraz aksiyaları davam edir


Kiyevdə etiraz aksiyası
Kiyevdə etiraz aksiyası
-
Ukraynada Avropaya inteqrasiya tələbi ilə aksiyalar davam edir. Kiyevin mərkəzi meydanında hələ də minlərlə adam var, hökumət binaları mühasirəyə alınıb, müxalifət fraksiyaları parlamentin işini blokadaya alıb. Aksiyaçılar hökumətin istefası və vaxtındanəvvəl seçkilər keçirilməsini tələb edirlər.

Baş nazir Mykola Azarov ATƏT Xarici işləar nazirləri şurasının Kiyevdə keçirilən iclasında çıxış edərkən aksiyaçılar arasında ekstremist qüvvələr olduğunu, eyni zamanda demokratiyanın inkişaf etdiyi ölkədə etirazların normal olduğunu bildirib.

ABŞ Dövlət katibinin köməkçisi Victoria Nuland isə Ukrayna hökumətini öz xalqının səsini eşitməyə çağırıb. Nuland bu görüşdə ABŞ Dövlət katibi John Kerrini əvəz edir.

Ukrayna hökumətinin bu günlərdə Avropa Birliyi ilə asosasiv saziş imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.
XS
SM
MD
LG