Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Salyanda ictimai fəal hədələndiyini bildirir, polis inkar edir


Emil Məmmədov
Emil Məmmədov
-
Salyanda fəaliyyət göstərən «Demokratiyaya yardım» İctimai Birliyinin sədri Emil Məmmədov AzadlıqRadiosuna hədələndiyini bildirib.

İctimai fəalın sözlərinə görə, iki dəfə – noyabrın 18-də və 25-də Salyan polis idarəsinə çağırılan ictimai fəala həmin idarənin rəis müavini Azər Tağıyev xəbərdarlıq edib:

«Düzdür, rəis müavini mənimlə yumşaq danışdı, amma tələb elədi ki, rayonun icra başçısı ilə bağlı yazılara son qoyum».

Emil Məmmədov deyir ki, onlar «Vətəndaş nəzarəti» şəbəkəsi çərçivəsində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının monitorinqini aparırlar və nəticələri şəbəkənin saytında dərc edirlər.

AzadlıqRadiosuna Emil Məmmədovla görüşdüyünü təsdiqləyən Azər Tağıyev həmin görüşün Emil Məmmədovun öz təşəbbüsü ilə olduğunu bildirib və bu zaman rayon icra başçısı ilə bağlı hər hansı məsələdən söhbət getmədiyini vurğulayıb.

«Bəs Emil Məmmədov niyə noyabrın 25-də ikinci dəfə çağırılıb» sualını cavabsız buraxan rəis müavini suala təkliflə cavab verib:

«Araşdırma aparmaq istəyirsinizsə, rayona gəlin».
XS
SM
MD
LG