Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:35

«İstidə açıq havaya, soyuqda qoltuqlara sığınıram»


Arxiv foto
Arxiv foto
-
AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Xalid Məmmədov Qarabağ müharibəsi əlilidir. Tələbi də əlillərin yaratdığı Cəmiyyətin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasıdır.

HEYDƏR ƏLİYEV YAXAMDAN MEDAL ASIB, AMMA NƏ OLSUN...

“Qarabağda şücaət göstərdiyim üçün Heydər Əliyev yaxamdan medal asıb. Ancaq nə olsun? Yol kənarında dayanıb təkər qaraldıram. Evim yoxdur, istidə açıq havaya, soyuqda onun-bunun qoltuğuna sığınıram. Cüzi təqaüd çörəyə də çatmır”.

Xalid Məmmədov deyir, yaratdıqları Cəmiyyət əlillərdən ibarətdir, məqsəd də əlillərin sosial durumlarının yaxşılaşdırılmasıdır. Düşünürlər ki, problemlərinin həllinə bu Cəmiyyətdə toplaşmaqla daha effektiv nail ola bilərlər.

“Müharibədə tankda yanmışam. Uzun illərdir ki, müalicə oluna bilmirəm. Həmin illər körpə olan oğlum da yaralanıb. O da faktiki əlildir, ancaq ona əlillik dərəcəsi vermək üçün pul umurlar. Ümidimiz var ki, bəlkə bu Cəmiyyət fəaliyyətə başlasa problermlərimizi Cəmiyyətin adından daha yaxşı çatdıra bilərik”.

BİZ ORA TOPLAŞAN KİMİ POLİS QÜVVƏSİNİ ÇOXALDIRLAR

Əlillər deyirlər ki, qeydiyyat mələsəsinə görə tez-tez Ədliyyə Nazirliyinin qarşısına toplaşırlar:

“Biz ora toplaşan kimi polis qüvvəsini çoxaldırlar. Polislər bizdən dağılışmağı tələb edirlər, həbslə hədələyirlər. Bu ölkədə sözümüzü demək üçün toplaşmağa bir parça məkan var, ya yox?”

Ədliyyə Nazirliyi əlillərin yaratdığı Cəmiyyəti niyə qeydiyyata almır? Nazirlikdən bildiriblər ki, ötən ay əlilləri nazir müavinləri qəbul edib. Onları dinləyib və məsələyə baxılacağını bildiriblər.

Əlillər hesab edirlər ki, ölkədəki yüzlərlə lazımsız qeyri-hökumət təşkilatlarını rahatca qeydiyyata alan nazirlik onları 4 ildən artıqdır süründürməkdə məqsədlidir:

“O qeyri-hökumət təşkilatlarının nə ilə məşğul olduqları da bəlli deyil. Ancaq bizim Cəmiyyətin konkret fəaliyyət istiqaməti olacaq. Biz özümüz kimi əlilləri də başımıza yığıb dərdimizə çarə qılacağıq. Görünür, hökumətin öz kurasiyasındakı əlillər cəmiyyətinə alternativ cəmiyyət yaratdığımızı düşünüb o üzdən də bizi qeydiyyata almaq istəmirlər”.

Əlillər “cəmiyyət qeydiyyata alınmasa növbəti dəfə Ədliyyə Nazirliyi qarşısına toplaşacağıq” deyirlər.
XS
SM
MD
LG