Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:44

Ukrayna parlamenti Timoşenko məsələsində razılığa gələ bilməyib


Ukrayna parlamenti həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkonun xaricdə müalicə olunmasına imkan verən qanun layihəsinin qəbulunda razılığa gələ bilməyib.

Bu noyabrın sonunda Vilnüs sammitində Ukraynanın Avropa Birliyi ilə asosasiv saziş imzalamasında mühüm amillərdən biridir.Avropa Birliyi xəbərdarlıq edib ki, əgər bu gün bu məsələ ilə bağlı qərar qəbul edilməsə belə bir saziş imzalanmasını dayandıracaq.
Timoshenkonun Batkivşina partiyasının parlamentdəki fraksiyasının lideri Arseniy Yatsenyuk prezidenti siyasi qərər verməyə çağırıb.

Parlamentin iclasında Avropa Birliyinin səlahiyyətli elçiləri Aleksander Kwasniewski ilə Pat Cox da iştirak ediblər.Onlar bundən dərhal sonra Parlamentdəki fraksiyaların liderləri ilə görüşə gediblər.Amma hələlik bu barədə ətyraflı məlumat verilmir.Onların hazırlayacağı hesabat Avropa Birliyi xarici işlər nazirlərinin noyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Noyabrın 28-29-da Vilnüsdə Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammiti keçiriləcək.Şərq Tərəfdaşlığı proqramında məqsəd keçmiş Sovet respublikalarını Avropaya yaxınlaşdırmaqdır.
XS
SM
MD
LG