Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:15

7 nəfər Milli Şuranı tərk etdi


-
Öz istəyi ilə istefa verən 7 nəfər, həmçinin şuranın heç bir iclasına qatılmayan 2 nəfər Milli Şuradan çıxarılıb.

Bu qərar qurumun oktyabrın 24-də keçirilən sessiyasında səsvermədən sonra qəbul edilib.

Öz istəyi ilə çıxarılan 7 nəfər: Lalə Şövkət (ALP lideri), Mövsüm Səmədov (İslam Partiyasının sədri, həbsdədir), Elçin Manafov (İslam Partiyasının sədr əvəzi), Abgül Süleymanov (ilahiyyatçı, həbsdədir), Asəf Quliyev (sabiq AXCP üzvü), Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova (sabiq ACP üzvləri).

Milli Şuranın iki üzvü - Akif Şahbazov və Gülnarə Qurbanova isə qurumun iclaslarında iştirak etmədikləri üçün Milli Şuradan qovulublar.

Beləliklə, iyun ayında yaradılmış Demokratik Qüvvələrin Milli Şurasında 122 nəfər qalır.
XS
SM
MD
LG