Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:23

İlham Əliyev Azərbaycanda demokratiyanın təntənəsindən danışdı


Prezident Ilham Əliyev səs verir
Prezident Ilham Əliyev səs verir
Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, hazırkı dövlət başçısı İlham Əliyev 9 oktyabr prezident seçkisinin ilkin nəticələri ilə bağlı xalqa müraciət edib. Müraciəti Azərtac dövlət agentliyi yayıb. http://azertag.com/node/1146044

Əliyev ona “böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqına” minnətdarlığını bildirib:

“Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir”.

“Bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Təsadüfi deyildir ki, Azərbaycan bu gün dünyada milli və dini dözümlülük məsələlərində çox önəmli ölkəyə çevrilmişdir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir”.

İlham Əliyev son 10 ildə ölkə iqtisadiyyatında, xarici siyasətdə əldə edilən uğurlardan danışıb.

Oktyabrın 9-da keçirilmiş prezident seçkisinin ilkin nəticələrinə görə, İlham Əliyev səslərin 85 faizini qazanıb. Rəsmi rəqəmlər müxalifətin vahid namizədi Cəmil Həsənliyə 5 faiz səs verildiyini göstərir. Ancaq beynəlxalq və yerli media, o cümlədən müxalifət seçkidə total pozuntuların, kütləvi saxtakarlığın baş verdiyini yazıb, əksər hallarda media pozuntuları sənədləşdirib.

Oktyabrın 10-da beynəlxalq müşahidə missiyası seçkiyə dair ilkin rəyini açıqlayacaq.
XS
SM
MD
LG