Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:24

Qəbələdə Ekologiya nazirindən qaz istədilər...


Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Qəbələ Mədəniyyət Mərkəzindən çıxan zaman
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Qəbələ Mədəniyyət Mərkəzindən çıxan zaman
-
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 11-i Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarında yaşayan bir qrup şikayətçi ilə görüşüb. Görüş Qəbələ Mədəniyyət Mərkəzində keçirilib. Üstəlik bu görüşə sadalanan 7 rayonun sakinləri ilə yanaşı, Bakıdan nazirə öz şikayətini deməyə gəlmiş insanlar da qatılıb. Görüşdən əvvəl isə vətəndaşların Nazirə bildirəcəyi şikayətlər ərizə formasında yazdırıldı. Qəbula kimisi su, kimisi yaşanacaq problemi, kimisi də sadəcə işə düzəlmək üçün gəlmişdilər. Görüşdə ümumilikdə 50-dən çox müraciətə baxıldı.
NAZİRDƏN İŞ İSTƏYƏNLƏR...
Onlardan Bakıdan gələn İlkin Tahirov nazirlikdə çalışmaq ümudi ilə gəldiyini deyir. Onun sözlərinə görə, bu ümidi boşa çıxmayıb. O ərizəsini təqdim elədikdə sonra işlə təmin olacağı vədini alıb. İlkin Tahirov bölgələrdə belə tədbirlərin tez-tez keçirilməsinin gənclərin işsizlik probleminin müəyyən qədər qarşısını alacağını düşünür və öz razılığını bildirir.
İlkin Tahirov
İlkin Tahirov
Şimal-Qərb bölgəsinin əksər hissəni dağlıq-meşə zolağı təşkil edir. Bir çox ucqar kəndlərdə təbii qazı olmadığından sakinlər meşələrə üz tutur. Qarşıdan soyuqların gəlməsi bu məsələni daha da aktuallaşdırıb. Bu üzdən İsmayıllı rayondan gələn Şakir Mahmudov Qalacıq-İstisu-Çayqovuşan kəndlərinin enerji problemini nazirə çatdırılmasını istəyirdi.
QAZ İSTƏYƏNLƏR...
Şakir Mahmudov
Şakir Mahmudov
Şakir Mahmudovun deməsinə görə, Qalacıq-İstisu-Çayqovuşan kəndlərinin meşə zolağının qoruq ərazisinə düşməsi sakinlərin odun-ocaqla təmin etməsinə böyük problemlər yaradır. Kənd sakinlərinə 2013-cü ildə təbii qazın çəkilməsi ilə bağlı vəd verildiyini deyən Şakir Mahmudov hələdə problemin aradan qalxmadığından gileylənir. Şikayətçinin bildirməsinə görə, bu kəndlərdə Sovet dövründən qalma təbii qaz xətləri var. Ərazidə iqlim soyuq olduğundan artıq indidən oduna, yanacağa ehtiyac duyurlar.
QANUNSUZ ODUN QIRANLARA GÜZƏŞT...
Görüşün sonunda qanunsuz ağac kəsən vətəndaşlara verilən cəzalarda güzəştə gedəcəklərini və cərimələrinin ləğv olunacağını bildirən nazir həmin şəxslərin meşə fondu ərazisində 100 ağac əkməli və yaz ayında onlara təhvil verməli olduqlarını bildirdi.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovla görüşə gələnlər
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovla görüşə gələnlər
XS
SM
MD
LG