Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:31

Əvəz Zeynallının kassasiya şikayətinə baxılacaq


Əvəz Zeynallı
Əvəz Zeynallı
Sentyabrın 11-də Ali Məhkəmədə hazırda həbsdə olan “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının kassasiya şikayətinə baxılacağı gözlənilir.

Ə.Zeynallı 2011-ci ilin oktyabrında saxlanması və ona qarşı irəli sürülən ittihamları əsassız sayır.Bundan başqa o Bakı Ağır Cinayətlər Məhkəməsinin onu 9 il azadlıqdan məhrum etməsini qanunsuz hesab edir.

Martın 12-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.Əvəz Zeynallı Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib.

O hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq , daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunur.

Gülər Əhmədovanın özü isə bu ilin fevralında dələduzluq və başqasının külli miqdarda əmlakını mənimsəmək, habelə ağır cinayəti gizlətmək ittihamı ilə həbs edilib.
XS
SM
MD
LG