Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:35

Naxçıvanda internet-klublar bağlanır


Naxçıvanda internet-klub
Naxçıvanda internet-klub
-
Naxçıvanda internet-klubların fəaliyyətinə qadağa qoyulduğu bildirilir.

Bu haqda AzadlıqRadiosuna muxtar respublika sakinləri məlumat verib.

AXCP MR şöbəsinin sədri Yaşar Bağırsoy da deyir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən internet-klubların hamısı, bölgələrdəki klubların isə əksəriyyəti artıq işləmirlər:

«10 günə yaxındır ki, belə bir qadağa tətbiq ediblər. Naxçıvan şəhərində bir dənə də olsun açıq internet klub tapmaq mümkün deyil. Rayonlarda da, demək olar ki, eyni vəziyyətdir. Bu, onsuz da informasiya blokadasında olan naxçıvanlıları daha da pis vəziyyətdə qoyur. Naxçıvana müxalif qəzetlər ya buraxılmır, ya da çox məhdud sayda gətirilir. Ümid qalırdı internetə, onu da belə etdilər. Düzdür, evlərə çəkilən internetə toxunmurlar. Bu da çox az saydadır. Camaatın imkanı yoxdur ki, evinə kompyuter alıb qoysun, üstəlik internet tarifləri bahadır. Ona görə də məlumat almaq üçün insanlar internet-klublara üz tuturdu».

Yaşar Bağırsoy internet-klubların bağlanmasının qarşıdan gələn prezident seçkisi ilə əlaqəli olduğunu bildirir:

«Yerli hakimiyyət seçkiöncəsi insanların aktivləşə biləcəyindən qorxur. Son dövrlər naxçıvanlı gənclər sosial şəbəkələrdə aktivləşmişdilər. Onlar baş verən haqsızlıqlara qarşı məlumatlar paylaşır, seçkinin ədalətli keçirilməsini tələb edirlər. Məndə məlumat var ki, həmin gənclərə naməlum şəxslər bilinməyən nömrədən zəng vurub təhdid ediblər ki, bu cür tənqidi statusları dayandırsınlar. Görünür, bu metod effekt vermədiyindən, çıxış yolunu internet -klubları bağlamaqda görüblər».

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə internet klubların bağlanılması ilə bağlı deyilən məlumatların həqiqətəuyğun olmadığını bildirdilər. Nazirlikdən bildirildiyini görə, Naxçıvandakı internet-klublar fəaliyyətlərini əvvəllər olduğu kimi davam etdirirlər.
XS
SM
MD
LG