Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:22

İlqar Məmmədovun həbs müddəti uzadıldı


İlqar Məmmədov
İlqar Məmmədov
-
REAL Hərəkatının sədri İlqar Məmmədov haqqında həbs-qətimkan tədbiri daha 2 ay uzadılıb.

Bu barədə avqustun 14-də Nəsimi rayon Məhkəməsində qərar çıxarılıb.

Prokuror həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə vəsatət vermişdi.

Bir gün əvvəl isə Müsavat başqanının müavini Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Tofiq Yaqublu və İlqar Məmmədov bu ilin yanvarında İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
XS
SM
MD
LG