Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:19

V.Talıbov: «Naxçıvanlıların rahatlığını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir»


Vasif Talıbov
Vasif Talıbov

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 03.07.2013

Könül fərəhlənir gözəlliyindən – Naxçıvan

Naxçıvan şəhərində aparılan quruculuq işləri 2013-cü ildə də davam etdirilir. Bu tədbirlərə nəzər salsaq, həyatımızın bütün sahələrini əhatə etdiyini görərik. Əvvəlcə ilin ötən dövrü ərzində yenidən qurulan və ya tikilərək istifadəyə verilən obyektlərə nəzər salaq.

Əvvəlki illərdə olduğu kimi, bu il də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılmışdır. Bir neçə belə obyekt şəhərimizin gözəlliyinə əlavə çalarlar gətirmişdir. Elə götürək iyun ayının 4-də Naxçıvan şəhərində istifadəyə verilən yeni yaşayış kompleksini. Kompleksin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir:

«Muxtar respublikamızda əhalinin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni yaşayış kompleksləri tikilərək istifadəyə verilir. Naxçıvan şəhərində dünya təcrübəsinə əsaslanaraq inşa edilən bu yaşayış kompleksində sakinlərin rahat və müasir mənzillərlə təmin olunması, onların gündəlik məişət tələbatlarının ödənilməsi və istirahətlərinin təşkili diqqət mərkəzində saxlanılmışdır».

Məlumat üçün bildirək ki, müasir layihə əsasında və yüksək keyfiyyətlə inşa olunan kompleksin tərkibinə iki 10 mərtəbəli və bir 15 mərtəbəli yaşayış binaları daxildir.

Zəmilərin bərəkəti – «Sarı kəhrəba»

Redaksiyadan muxtar respublikamızda taxıl biçininin gedişi ilə bağlı reportaj hazırlamaq tapşırığı alanda ilk olaraq hansı bölgəyə getməyi soruşdum. Bildirdilər ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə Kəngərli rayonuna gedirsiniz.

Redaksiyadan çıxanda saat 10 radələri idi. Nazirliyin əməkdaşı Xaliq Abbasov bildirdi ki, vaxtında çatacağıq. Çox tez getməyin xeyri yoxdur. Çünki səhər çağlarında zəmilərə şeh gəldiyindən biçinə başlamaq olmaz. Ona görə mexanizatorlar gecə saatlarında da məhsul tədarük edirlər. Səhər saat 11-ə qədər kombaynlara texniki baxış keçirilir ki, işin qızğın çağında dayanma halları baş verməsin.

Nazirliyin digər əməkdaşı Zərrab Əfəndiyev söhbətə qoşulur:

– Bu il muxtar respublika üzrə 100-dən artıq kombaynın gücündən istifadə olunacaq. Onların hamısı texniki baxışdan keçirilib, nasazları işlək vəziyyətə gətirilib. Lazım olan ehtiyat hissələri əldə olunub. Kifayət qədər yanacaq ehtiyatı yaradılıb. Taxılın sahələrdən daşınması üçün texnikalar ayrılıb. Məqsəd isə ondan ibarətdir ki, mövsüm uğurla və optimal müddətdə başa çatdırılsın.

– Bəs Kəngərli rayonunda vəziyyət necədir? Sahələrə neçə kombayn çıxarılıb?

– Hələlik 12 kombayn. Ehtiyac olarsa, «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətindən əlavə kombaynlar gətiriləcək ki, məhsul itkisinə yol verilməsin. Torpaq mülkiyyətçilərinin minbir zəhmətlə hasilə gətirdikləri məhsul vaxtında toplanılsın….
XS
SM
MD
LG