Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:41

«İran məhbusu» Xalidə Xalidlə müsahibə [Video]


"Tam fərqli bir Xalidə Xalid doğulub"
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

"Tam fərqli bir Xalidə Xalid doğulub"

-
Şəhriyar yaradıcılığın araşdıran Azərbaycan alimi AzadlıqRadiosunun suallarını cavablandırdı

- Sizin İrana səfəriniz şəxsi xarakter daşıyırdı, yoxsa öncədən planlaşdırılan bir tədbir üçün gedirdiniz?

- Mən bu səfəri öz istəyimlə planlaşdırdım, çünki elmi işimi bitirmək üzrəyəm. Son 5 ildə Şəhriyarın «Heydər babaya salam» əsəri ilə bağlı yazılan nəzirələr əlimdə yox idi. Mən də planlaşdırdım ki, yaxın zaman kəsiyində bunları əldə edim ki, işimi bitirim. Artıq ilin sonunadək işi müzakirəyə təhvil verim. Bununla bağlı İrana getməyi planlaşdırdım. Həftəsonu iki gün vaxtım vardı. Kimlərə müraciət edəcəyimi, oradakı hansı şairdən, hansı şəhriyarşünasdan məlumat alacağımı bilirdim.

- Orada baş verənlər nə dərəcədə gözlənilməz idi? Gözlənilməz deyildisə, belə gedişata hansı hazırlığınız vardı?

- Əlbəttə, başıma belə bir hadisənin gələcəyinə inanmazdım. Çünki mən siyasi bir adam deyiləm. Elm adamıyam, yazaram, araşdırmaçıyam. Təsəvvür eləyə bilməzdim ki, məni siyasi məqsədlə həbs edərlər. Gözlənilməz oldu.

- Həbsiniz hansı şəraitdə baş verdi?

- Qonaq olduğum evdə evin xanımının doğum günü idi. Yemək yeyirdik. Gəldilər ki, bəs getməliyik. Tək bizi yox, ailənin üzvlərini, orada olan qonaqlardan da apardılar.

- Sizi haraya apardılar, harada saxlandınız?

- Nəzarətə alınan adamı haraya aparırlarsa, bizi də oraya apardılar – hüquq-mühafizə orqanlarının çalışdığı yerə. Harada saxlandığımı bilmirdim.

- Sizinlə necə davranırdılar?

- Onlardan bir dənə artıq-əskik hərəkət görmədim. Təzyiq-filan olmadı. Ucadan danışmırdılar. Məni siyasi kimi görürdülər, elə bilirdilər siyasi məqsədlə gəlmişəm. Ola bilərdi başqa tərzdə yanaşaydılar. Ancaq qətiyyən belə şey olmadı. İncitmək söhbəti olmadı, Deyim ki, əziyyət verirdilər, psixoloji təsir edirdilər, – yox, belə şey olmadı.

- Peşənizlə bağlı suallar verirdilər? Verirdilərsə, təxminən hansı sualları?

- Şəhriyarla bağlı suallar verirdilər. «Neçə ildir Şəhriyarla məşğulsan»a bənzər suallar.

- Bəs peşənizə dəxli olmayan hansı sualları verirdilər?

- Peşəmdən kənar suallar verirdilər, məndən də yetərli cavablar alırdılar ki, mən siz deyən insan deyiləm. Çünki mən elə bir insanın həyatını araşdırıram ki, o insan bu məmləkətdə doğulub. Mənim də heç vaxt siyasi ambisiyam olmayıb. Siyasət adamı deyiləm ki, durum başqa məqsədlə başqa bir ölkəyə gedim.

- Səfəriniz İranını hər hansı elmi qurum və ya şəxsləri ilə razılaşdırılmışdımı?

- Yox, elmi qurumla planlaşdırılmamışdı. Orada bir neçə şair vardı, onlara demişdim. Kitabları tapmağa mənə kömək eləmişdilər. Şəhriyarın yaxın dostları ilə, onu tanıyan insanlarla, gənc şairlərlə görüşdüm. İki gün ərzində geniş görüşlər də mümkün deyil.

- İranda Şəhriyar yaradıcılığının araşdırıcıları saxlanmanıza necə yanaşdılar?

- Bilmirəm, heç nədən xəbərim yoxdur. Onlardan məlumatım yoxdur.

- İran mediası olub-bitənlərlə maraqlanırdı?

- Orada mənim nəyisə düşünmək... beynimdə ona yer yox idi. Əmindim ki, dövlətim mənə sahib çıxacaq. Əmin idim ki, övladlarım möhkəm duracaqlar, heç bir panikaya uymayacaqlar. Hər şeydən əvvəl də Allahım kimlərinsə qarşısında məni başqa bir adla imtahana çəkməyəcək. Mütləq deyil e, orada məşəqqət eləsinlər, əzab versinlər. Yox. Övladlarından ayrı düşmüsən, bilmirsən, nəyə görə saxlanmısan, səni nə vaxt buraxacaqlar, günahın nədir. İnsana əzab verən bu şeylərdir. Mən o çətinliyi çəkirdim.

- Tam bir ay qaldınız?

- 32 gün.

- Hansı şəraitdə saxlanırdınız?

- Deyim ki, qalmaq mümkün olmayan yer idi, yox. Normal bir şəraitdə qalmışam.

- Tək qalırdınız?

- Bəli, tək qalırdım.

- Təkadamlıq kamera idi?

- Belə də. Kamera da demək olmazdı, otaq da... Nəzarətdə qalan insanlar harada qalır, elə bir yer idi.

- Kiminlə ünsiyyətiniz olurdu?

- Heç kimlə. Gözətçilər gəlirdilər, yemək verirdilər. Qapanırdım özümə. Otururdum, beynimdə yazılarımı yazırdım. Özümə həddindən çox sual verirdim.

- Azad olunduğunuz bildiriləndən sonra bir müddət sizdən xəbər olmadı. Azad edilmişdinizsə, sizi niyə səfirliyə, ya da konsulluğa təhvil verməmişdilər?

- O şeylərdən xəbərim olmayıb. Heç bir yerlə mənim əlaqəm də olmayıb, heç kəslə görüşməyə də icazə verilməyib. Mənim borcum onların qanunlarına riayət eləmək idi. Ona görə də mən artıq heç bir sual vermirdim – nə vaxt buraxacaqsınız, nə olacaq. Biri var biləsən ki, nə vaxt buraxılacaqsan, biri də var, hələ sual altındadır, bilmirsən.

- Mediada sizi bir İran vətəndaşı ilə mübadilə etmələri barədə xəbərlər dolaşır. Bu xəbərlərin bir əsası var?

- O şeylərdən mənim xəbərim yoxdur.

- Şəhriyarla bağlı hansı araşdırmanız iranlı həmkarlarınıza da məlumdur?

- Mənə elə gəlir ki, mən ilk şəhriyarşünasam ki, Heydər baba dağının zirvəsinə qədər qalxdım. Xoşginaba – Şəhriyarın uşaqlığın keçdiyi o balaca koma var, artıq uçulub, – ora getdim. Məqsədim fərqli bir iş ortaya qoymaqdır. Allah qismət eləsin, Şəhriyar haqqında nələri yazdığım, hansı kitablar üzərində işləməyim ortaya çıxacaq. Şəhriyar haqqında mən 4 cildlik hazırlayıram. Monoqrafiyamdan əlavə Şəhriyar haqqında kitab hazırlayıram.

- Topladığınız materiallarla bağlı bir problem olmadı ki?

- Orada kitablar almışdım, kitablarım unuduldu qaldı. Əlyazmalar yox idi.

- Sizinlə birlikdə sürücünüz də saxlanmışdı. O, akademiyanın sürücüsü idi, yoxsa şəxsi?

- O, ümumiyyətlə ailəmizin yaxın dostudur. Hər yerə gedəndə həm sürücü, həm də köməkçi kimi onu da özümlə aparmışam. Bu dəfə gedəndə şəhriyarşünaslarla çəkilişlər olacaqdı deyə, o da getdi ki, çəkilişləri aparsın. O məqsədlə mənimlə getmişdi.

- Çəkilişləriniz oldu?

- Oldu. Onlara sonra hissə-hissə baxarsınız.

- Və sizi səfirliyə verdilər...

- Biz içəri girəndə, cənab səfir qarşımıza çıxanda, ürəyim dayanmadısa, böyük şeydir. Ağlayırdım, uçmağa qanadım yox idi. Həmin an özümü Bakıda hiss elədim.

- Yaradıcılığınızla bağlı belə bir səfərə ehtiyac olsa gedərsiniz?

- Gedərəm. Səfirliyin, dövlət qurumlarının icazəsi ilə gedərəm.

- Monoqrafiyanızda həbsdə olduğunuz dövr əks olunacaq?

- Şəhriyarla bağlı getdiyim İran səfərim və orada olan hadisə monoqrafiyamda əksini tapacaq. Həmişə düşünürdüm ki, nə olar, mən Şəhriyar haqqında hamıdan fərqli bir iş yaza biləm. Mənim fərqli işim də bu olacaq, axı Şəhriyarın yolunda bu mənəvi əzab-əziyyətə məruz qalmalı oldum.
XS
SM
MD
LG