Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:21

Əlil: «10 ərzaq dükanına 2500 manat borcum var»


Arxiv foto
Arxiv foto
-

Xaçmaz sakini Fəxri Musayev son iki ildə mağazalardan aldığı ərzaqların pulunu ödəyə bilmir:

XƏSTƏ, AC KÜLFƏT VƏ 98 MANAT TƏQAÜD...

«Fiziki əməklə məşğul olmaq imkanım yoxdur. Xəstəliyimə görə dövlət mənə 98 manat pensiya verir. Bununla ya özümə, ya da üç xəstə uşağıma iynə-dərman alıram, yeməyimizi isə ordan-burdan əldə edirik».

«Qaynar xətt»ə şikayət edən Fəxri Musayev epilepsiya xəstəliyindən əziyyət çəkir. Deyir, uşaqlarım da xəstədir, ən böyük tələbatları olan dava-dərman və azuqə isə bu ailədən uzaq düşüb:

«Mənə yardım olunması üçün rayon icra hakimiyyətinə, prezidentə yazmışam. Cavab yoxdur. Prezidentə internetlə də yazmışam. Kimdir oxuyan?».

«BALALARIMI ACINDAN ÖLMƏYƏ QOYMAYANLAR SAĞ OLSUN»

Əlil mağazalarda yığılıb qalan borc dəftərlərindən danışır:

«Rayondakı 10 ərzaq mağazasına ümumilikdə 2500 manat borcum var. Bu borcu son iki ildə başıma yığmışam. Mağaza sahibləri sağ olsunlar ki, balalarımı acından ölməyə qoymurlar. Həmişə deyirlər ki, canın sağ olsun, təki balalarının qarnı tox olsun. Ancaq daha mağazalara da ağız açmağa utanıram. Vəziyyətim pik dərəcəyə çatıb. 38 yaşım var, gəlin görün, mənə o yaşı verərsiniz? Dərddən qocalmışam».

Xəstəliyinə görə nə vaxtsa işləyəcəyini ağlına belə gətirməyən Fəxri Musayev övladlarının əlini ruziyə çatana qədər dövlətdən yardım istəyir.

Əlilin səsini Xaçmaz rayon İcra Hakimiyyətinə çatdırdıq. Qurum əməkdaşları Fəxri Musayevlə bağlı məlumatları götürərək, yaxın vaxtlarda onunla əlaqə saxlayacaqlarını, qurumun imkanları daxilində yardım göstərəcəklərini bildirdilər.
XS
SM
MD
LG