Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:35

ATƏT prezident seçkiləri ilə bağlı təkliflər hazırlayıb


Koray Targay
Koray Targay
ATƏT-in Bakı ofisi mövcud mandatı çərçivəsində oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı bəzi təkliflər hazırlayıb.

Mayın 2-də Bakı ofisinin rəhbəri Koray Targay jurnalistlərə bildirib ki, əlaqədar tərəflərin iştirakı ilə üç dəyirmi masanın, dörd treninqin və digər iri tədbirin keçirilməsi nəzərdə tutulur.

Bununla belə, ATƏT-in Bakı ofisinin mandatının dəyişdirilməsi məsələsi açıq qalır.
Bundan əvvəl rəsmi Bakı ofisin statusunun «layihələrin koordinatoru»nadək endirilməsini və monitorinq funksiyasından məhrum edilməsini təklif edib.

Koray Targay deyib ki, ATƏT-in Bakı ofisi fəaliyyətini öncədən müəyyən olunmuş mandat üzə davam etdirir. Onun sözlərinə görə, mandatın dəyişdirilməsi məsələsi müzakirə mərhələsindədir:

«Azərbaycan hökumətinin müəyyən təklifləri var. Eyni zamanda bəzi ATƏT üzvlərinin bu məsələyə dair öz baxışları var», K. Targay vurğulayıb.

O bildirib ki, ATƏT-in Gürcüstan və Ukrayna ofislərinin statuslarının aşağı salınması ilə bağlı vəziyyət Azərbaycandan fərqlidir.
XS
SM
MD
LG