Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:43

Avropa Məhkəməsi İlqar Məmmədovun işinə baxır


İlqar Məmmədov
İlqar Məmmədov
-
Avropa İnsan Hüquqları Məhkəməsi ReAl Hərəkatının lideri İlqar Məmmədovun həbsi haqqında iş üzrə kommunikasiyaya başlayıb.

Vəkil Fuad Ağayevin verdiyi məlumata görə, bu işlə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hakimiyyətinə bir sıra suallar göndərib. Hakimiyyət iyunun 18-nə qədər Strasburqa cavab verməlidir.

Şikayət bu ilin fevralında Azərbaycan Respublikasının Prokurorluğu, Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi, Daxili İşlər Nazirliyi, yerli məhkəmələrin İ.Məmmədovun hüquqlarını kobud və çox sayda pozması ilə bağlı verilib.

Şikayətdə Konvensiyanın 5 (azadlıq hüququ), 6(2) (təqsirsizlik prezumpsiyası), 13 (səmərəli hüquq müdafiə vasitələri hüququ), 14 (ayrı-seçkiliyin qadağası) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması barədə məsələlər qaldırılıb.

İlqar Məmmədov yanvarın 23-24-də İsmayıllıda iğtişaşlar təşkil etməkdə ittiham olunur. Müdafiə tərəfi ittihamların qurama olduğunu bildirir.
XS
SM
MD
LG