Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:28

N!DA-çı Rəşadət Axundov həbsdə imtahana hazırlaşır


Rəşadət Axundov
Rəşadət Axundov
-
Aprelin 12-də «N!DA» Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundov vəkili Rəşid Hacılı ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna Rəşid Hacılı özü məlumat verib.

Onun dediyinə görə, Rəşadət Axundov saxlanma şəraitindən şikayət etməyib:

«Əsas problem qəzet ala bilməməsidir. Dedi məndən nigaran olmayın, hər şey yaxşıdır. Alman dili öyrənir. Mayın 21-də CIMA (beynəlxalq maliyyə standartları) imtahanları olmalıdır, ona hazırlaşır. Onu da dedi ki, «N!DA» heç vaxt qanunsuz əməl törətməyib».

N!DA Vətəndaş Hərəkatının 7 üzvü - Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir.

Onlara CM-nin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Barələrində 3 aylıq həbs qərarı verilib.

İttiham sübuta yetirilərsə, onlar 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər.
XS
SM
MD
LG