Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:55

Azadlıq FM-də Azad Fikir müzakirəsi


-

AFU

Facebook-dan birbaşa şərh yaz

«AFU-nu möhürləmək asandır, amma minlərin düşüncəsinə möhür vurmaq asan deyil. Azad Fikir bizim düşüncəmizdir».

Bu, Azad Fikir Universitetinin qapısı möhürlənəndən sonra sosial şəbəkələrdə yazılan statuslardan biridir.

Universitetin rəsmi «Facebook» səhifəsində 5 mindən çox üzvü olan AFU virtual məkana köçəcəkmi? Azad Fikir Universiteti bağlanarsa, itirilən nə olacaq, itirən kim olacaq?

AzadlıqFM-in qonaqları suallara cavab veriblər:

Erkin Qədirli:
- AFU son illərin ən uğurlu layihəsidir. AFU gənclərin başarısıdır. Orta və yaşlı nəslin qura bilmədiyini AFU qurdu...
- AFU-nun gənclər arasında yaxşı nüfuzu var. Mühazirədə olduğum zaman dinləyicilərin gözündən həvəsi, maraqlı görmüşəm.
- AFU tam siyasətdən kənar idi. AFU-nu siyasətə qatmaq olmaz...
- AFU-nun bağlanması tamamiylə mənasız, gələcəyə vurulmuş bir zərbədir.
- 2005-ci ildə Kapellhaus mühazirələri var idi. Daha sonra Kapellhaus da bağlandı.
- Rəhman Bədəlov demiş, Azad Fikir Universitetdə yeni Azərbaycan modeli yetişirdi...
Bloqqer Emil Bağırov:
- Mən AFU-ya 2009-cu ildən gedirəm. Demək olar ki, bütün mühazirələri dinləmişəm. Siyasi, dini baxışından aslı olmayaraq hər kəs AFU-da iştirak edirdi.

- AFU gənclər üçün fərqli məkan idi...
Əli Novruzov:
- AFU yüzlərlə, minlərlə insanın universitetidir.
- OL hərəkatı müstəqil təşkilatdır.
- Baş Prokurorluq deyir ki, biz AFU-nu bağlamamışıq. Amma fotolardan, videolardan görünür ki, AFU-nun qapısı möhürlənib.
- Məhkəmə qərarı olmadan gəlib möhürü AFU-nun qapısına vurublar. Nə bir sənəd var, nə bir açıqlama...
- ABŞ-ın keçmiş səfiri Mattew Bryza 2 dəfə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia 1 dəfə AFU-da mühazirə edib. Bütün mühazirələr tam şəffaf, açıq keçib.

FACEBOOK-da MÜZAKİRƏ ET, YOUTUBE-da BAX,

VERLİŞİ TAM DİNLƏMƏK ÜÇÜN:



XS
SM
MD
LG