Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:19

Məleykə Abbaszadənin Masallıdakı qəbulundan sonra nə dəyişdi?


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə aprelin 10-u Masallıdakı «Gənclər» evində şikayətçiləri qəbul etdi. Qəbula gələnləri «Gənclər» evinin birinci mərtəbəsindəcə qeydə alırdılar. İkinci mərtəbənin akt zalında isə komitə sədri onun yanına gələnləri dinləyirdi.

«KOMPÜTERDƏ QEYDƏ ALINAN VƏTƏNDAŞLAR QƏBUL OLUNACAQ...»

Qəbula gələnlər arasında narazılıq edənlər də var idi. Adının çəkilməsini istəməyən bir qadın onu qəbula yazmadıqlarından gileylənirdi:

«Kompüterdə qeydə alınan vətəndaşlar qəbul olunacaq, sonra yazılanlar qəbul olunmayacaq. Nə səbəbə görə? Nəyə görə evsiz-eşiksizəm? Bunu icra başçısı da bilir. Prezidentə də məktub yazmışam. Hamısı bilir».

Qadının hay-küyünə qəbulun təşkilatçıları gəldi. Onlar bu göstərişdən xəbərsiz olduqlarını dedilər. Qeydiyyat aparan xanımdan bu məsələyə aydınlıq gətirilməsini xahiş etdik:

«İnternetlə qeydiyyat aparılıb. İndi qalanlarını qeydə alacağıq».

Qəbula gəlmiş Masallı rayon sakini Təhminə Qurbanova rayon prokurorundan şikayətçidir. «Haqsızlıqla üzləşmişəm» - deyir:

«Mənim yoldaşım birinə sillə vurub. Döyülmə maddəsi qalıb. Onu ağır cinayətlərdə günahlandırırlar».

Təhminə Qurbanova hesab edir ki, həyat yoldaşına böhtan atıblar.

«TORPAQLARIMIZIN 50 FAİZİNİ MƏNİMSƏYİBLƏR»

Qəbula gələnlər arasında narazılıq edənlər də var idi.
Qəbula gələnlər arasında narazılıq edənlər də var idi.
Masallı rayonunun Qızılağac kəndindən olan Mehman Qəribov isə ümumi problemlərdən danışır:

«Qızılağac kəndi qədim kənddir, 8 minə yaxın əhalisi var. Orda nə qazımız var, nə suyumuz var, nə zavodumuz var. Bizim dolanışığımız təsərrüfatdır, mal-qaradır. Bizim bu bələdiyyə ilə ərazi nümayəndəsi imkan vermir. Torpaqlarımızın 50 faizini mənimsəyiblər, 50 faizini satıblar. Örüş sahələrini zəbt ediblər. Ferma tikdiriblər».

«İNDİ TORPAĞIMI DA VERMİRLƏR, PULUMU DA»

Mehman Qəribov kəndin ümumi dərd-sərinə toxunduqdan sonra öz şikayətinə keçir. O deyir ki, pul verib torpaq alıb, indi nə ona torpağı, nə də pulunu qaytarırlar:

«İki oğlum var, əsgərlikdən gəliblər. Biri ailəlidir, uşağı da var. Onu təsərrüfatdan ayırmışam. Torpaq şöbəsinin müavini gəlib, ölçüb-biçib veriblər. İndi torpağımı da vermirlər, pulumu da».

Verilən məlumatlara görə, komitə sədri onun qəbuluna gələnlərin hamısını dinləyib.

QƏBULDAN 1 GÜN SONRA...

Qəbuldan bir gün sonra şikayətçilərin bir neçəsi ilə əlaqə saxladıq. Torpaq üçün verdiyi pulu geri ala bilmədiyindən gileylənən Mehman Qəribovun sözlərinə görə, qəbulun sonunda ona deyiblər ki, şikayətinə baxılacaq. Onun deməsinə görə, hələ ki, şikayəti ilə bağlı hər hansı bir araşdırma başlamayıb. Əlaqə saxladığımız digər sakinlər də şikayətlərini çatdırsalar da, hələ ki, problemlərinin həll olunmadığını söylədilər.
XS
SM
MD
LG