Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:15

Vəkillər «NİDA»çılarla görüşə bilmir


Əshabəli Mustafayev
Əshabəli Mustafayev
-
Vəkilləri hələ də həbsdə olan «NİDA»çılarla görüşə bilmirlər.

Bu barədə AzadlıqRadiosuna hərəkat üzvlərindən Rəşad Həsənovun vəkili Əshabəli Mustafayev məlumat verib.

Görüşün baş tutmamasını vəkil müdafiə etdikləri şəxslərin MTN-nin təcridxanasında saxlanması ilə əsaslandırır:

«Həbs-qətimkan qərarında deyilir ki, təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasında saxlansın. Amma nədənsə buna əməl olunmur. Gənclər MTN təcridxanasında saxlanır. Müdafiə etdiyimiz şəxslərlə orda görüşmək üçün bir neçə mərhələ keçməliyik. Xüsusi icazə verilməlidir. Baş Prokurorluq bizim məktubumuzu qeydiyyata alıb istintaq idarəsinə yollayıb. Ordan da bizə məktub verilib, biz də həmin məktubu martın 16-da MTN-ə verdik. Bu qanunda nəzərdə tutulmayan bir mürəkkəb prosesdir».

Martın 14-də saxlanan «NİDA» üzvü Rəşad Həsənova qarşı qanunsuz silah saxlama ittihamı irəli sürülüb və barəsində 3 aylıq həbs qərarı verilib.

Ondan əvvəl - martın 7-də «NİDA» Vətəndaş Hərəkatının 3 üzvü – Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu saxlanmışdı.

Prokurorluq və MTN-nin məlumatına əsasən, «Nida»çıların evlərində axtarış zamanı 22 ədəd «Molotov kokteyli», 507.67 qram həşiş qatranı, 190.02 qram qurudulmuş marixuana və 94 min manat pul aşkarlanıb.

«N!DA» Vətəndaş Hərəkatı isə üzvlərinin həbsini siyasi sifariş hesab edir.
XS
SM
MD
LG