Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

«Polis, yoxsa ordu» dilemması


İsmayıllıda daxili qoşunların maşını
İsmayıllıda daxili qoşunların maşını
-
Bu il yanvarın sonunda İsmayıllı etirazları vaxtı rayonda Çevik Polis Alayı ilə yanaşı, daxili qoşun qüvvələri də göründü.

Daxili Qoşunlar Zaqatala və Qax-Balakəndə zəlzələnin nəticələrinin aradan qaldırılmasına da cəlb olunmuşdu.

Bu qurum Daxili İşlər Nazirliyinin bir strukturu kimi 1991-ci ildə yaradılıb. Məqsəd – mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının, ictimai asayişin qorunmasıdır. Kütləvi iğtişaşların qarşısının alınması da qurumun vəzifələrinə daxildir. Daxili qoşunlara general-leytenant Zakir Həsənov komandanlıq edir. O, eyni zamanda Daxili İşlər nazirinin müavinidir.

«DAXİLİ SABİTLİYİ POLİS QORUMALIDIR»

Martın 12-də Daxili İşlər naziri Ramil Usubov deyib ki, «Daxili Qoşunların şəxsi heyəti milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin qorunmasında əsas qüvvələrdən birinə çevrilib».

Keçmiş polis rəisi, polkovnik Mahmud Hacıyevin fikrincə, daxili sabitliyi məhz polis qorumalıdır, çünki polisin özü də böyük ordudur:

«Polisin özünün xidmət sahələri, alayları – Post Patrul Xidməti, Çevik Polis Alayı, hər alayın da min nəfərə yaxın şəxsi heyəti var. Bu bəs etmirmi sabitliyin qorunmasına? Əlavə bir ordu yaratmağa nə ehtiyac var?».

O, hüquq-mühafizə orqanının tərkibində qoşun saxlanmasını kommunist ideologiyasının,
İlham Əliyev Daxili Qoşunların hərbi şəhərciyinin açılışında
İlham Əliyev Daxili Qoşunların hərbi şəhərciyinin açılışında
Stalin rejiminin qalığı adlandırır. Elə bu məntiqə dayanaraq, SSRİ dağılandan sonra Baltikyanı ölkələrdə, daha sonra Gürcüstanda Daxili Qoşunlar ləğv olunub. Keçmiş polis rəisinə görə, Azərbaycan fərqli davranır:

«Burada daxili qoşunların şəxsi heyətini artırmaqla məşğuldurlar və rayonlarda da belə hissələr yaradılır».

VİRTUAL MƏKANA İDEYA VERMİŞ OLARIQ

Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc təxminən 10 il əvvəl Türkiyənin jandarm qüvvələri rəhbərliyinin Bakıya səfərlərini və Azərbaycanda da jandarmeriya modelinə keçməyin mümkünlüyünün müzakirə olunduğunu xatırlayır. Ancaq bu model ölkə üçün məqbul sayılmayıb. Deputat həmin məsələnin ölkə rəhbərliyinin səlahiyyətində olduğunu bildirsə də, Türkiyənin jandarm qüvvələrinin dövlət idarəçiliyində özəl yer tutduğunu, məhz hərbi qüvvə sayıldığını etiraf edir.

O, eyni zamanda, Azərbaycanın 15 minlik daxili qoşunlarının statusu, çağırış sisteminin dəyişdirilməsi, qanunvericiliklə tənzimlənməsi barədə parlamentdə hər hansı fikri olmadığını da dilə gətirir:
Ramil Usubov, Zakir Həsənov və İlham Əliyev
Ramil Usubov, Zakir Həsənov və İlham Əliyev

«İndiki şəraitdə biz bundan danışmaqla, həddən artıq həssas, sinirləri xeyli dərəcədə oyanmış, virtual məkanda xeyli fəal qüvvələrə guya daxili qoşunların əlavə səlahiyyət qazanacağına dair mövzu, ideya vermiş olarıq. Qətiyyən belə deyil».

XRUŞŞOV DÖVRÜNDƏKİ ÇÖRƏK QİYAMI

Keçmiş polis rəisi Mahmud Hacıyev Daxili Qoşunların vaxtilə sovet milisinin bir strukturu kimi təqdim edildiyini xatırlayır:

«Xruşşov hakimiyyəti dövründə çörək qıtlığı yarandı. Məsələn, Novoçerkasskda əhali qiyam qaldırdı. Daxili qoşunları yeridib insanları qırdılar, ancaq bunu gizlətdilər. Xarici dövlətlər soruşanda ki, «Niyə ordu yeridirsiniz? Beynəlxalq konvensiyalara görə, vətəndaşların aksiyalarına ordu yürütmək olmaz» – onda SSRİ buna belə don geydirdi ki, bu, ordu deyil, milisin bir strukturudur».

İlham Əliyev Daxili Qoşunların hərbi şəhərciyinin açılışında
İlham Əliyev Daxili Qoşunların hərbi şəhərciyinin açılışında
HÜQUQ-MÜHAFİZƏ QURUMU, YOXSA ORDU?

Mahmud Hacıyevin fikrincə, indi də etiraz aksiyalarını niyə ordunun yatırtdığını soruşan beynəlxalq hüquq-müdafiə təşkilatlarına cavab verilir ki, «bu ordu deyil, polisdir»:

«Onlar da dərinə gedə bilmirlər ki, «axı bu, ordudur, polisin tərkibində buna süni don geyindirmisiniz, manipulyasiya edirsiniz». Polis strukturlarına daxil olanlar 25 ildən sonra çıxırlar. Daxili Qoşunlara gələnlərsə hərbi xidmətə çağırılanlardır və il yarım, ya da iki ildən sonra tərxis olunurlar. Onların komplektləşdirilməsi də, çağırış da, istefaya göndərilməsi də Müdafiə Nazirliyinin strukturuna uyğun aparılır».

Mahmud Hacıyev daxili qoşunların vaxtilə kommunistlərə, indi Azərbaycan hakimiyyətinə sərf etdiyini, məqsədin məhz aksiyaların qarşısını almaq olduğunu vurğulayır.

Beynəlxalq hüquq müdafiə qurumları dəfələrlə Azərbaycan hakimiyyətini etiraz aksiyalarının dağıdılmasında zorakılıqdan, aşırı gücdən çəkinməyə çağırıb.
XS
SM
MD
LG