Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:38
10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)
Gözlə

No media source currently available

0:00 0:07:39 0:00

10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)

100-ə yaxın aksiya iştirakçısı sərbəst buraxılıb - 10 mart- [Yeni VİDEO]

Azərbaycan Milli Ordusunda əsgərlərin qeyri döyüş şəraitində həlak olması halları davam edir. Vətəndaş cəmiyyəti fəalları hökumətdən bunun qarşısının alınmasını tələb edirlər. Bu tələblə martın 10-da Bakıda etiraz aksiyası keçirilir. Rəsmilər aksiyanın keçirilməsinə icazə verməyiblər.

20:59 10.3.2013
54 NƏFƏR SƏRBƏST BURAXILIB

Yasamal polisində saxlanılan 56 nəfərdən 54-ü hər hansı sənədləşmə və xəbərdarlıq olmadan sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosuna həmin bölmədə saxlanılan hüquq müdafiəçisi İntiqam Əliyev məlumat verib.
İki nəfər hüquqşünas Erkin Qədirli ilə daha bir nəfər Yasamal polisindən Səbail polisinə aparılıb.

Səbail polisi qarşısında olan AzadlıqRadiosunun müxbiri daha bir neçə nəfərin Səbail polisinə gətirildiyini xəbər verir.

10 mart aksiyasında saxlananlardan 60 nəfərə yaxını adamın bu idarədə olduğu bildirilir.

Polis idarəsindən çıxan və özünü təqdim etməyən mülki geyimli saxlananların məhkəməyə aparılmayacağını xəbərdarlıqdan sonra sərbəst buraxılacağını deyib.
18:31 10.3.2013
DAXİLİ İŞLƏR NAZİRLİYİ DEYİR Kİ...

10 mart aksiyasında saxlanalarla bağlı Daxili İşlər Nazirliyinin hər hansı məlumat yayacağı gözlənilmir. AzadlıqRadiosuna nazirliyin mətbuat xidmətindən belə deyiblər.

Davamı

XS
SM
MD
LG