Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:39

AŞPA Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsini rədd etdi


 Christoph Strasser
Christoph Strasser
AŞPA Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Christopher Strasserin hazırladığı qətnamə layihəsini rədd edib.

Strasser qurumun bu gün Strasburda keçirilən qış sesiyasında Azərbaycanda siyasi məhbus probleminin hələ də həll olunmadığını bildirib və qeyd edib ki, Azərbaycan bu sahədə üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməlidir.

Avropa Demokratları qrupundan ingilis deputat Walker Strasseri tənqid edib, hesabata dəstək verməyəcəyini deyib.

Norveçli deputat Cristoffersen isə Azərbaycandakı problemlərdən danışıb, üzv ölkə kimi onu insan haqlarının pozulmasına son qoymağa çağırıb.

Fransalı deputat Mariani isə Azərbaycanla əməkdaşlığa çağırıb.
O Azərbaycanın AŞPA qarşısında götürdüyü öhtəliklərin yerinə yetirilməsi ilə bağlı monitorinq qrupunun hesabatını dəstəkləyib, Strasserin hesabatına isə yox deyib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Strasserin hesabatının qüsurlu olduğunu bildirib.

Sonda keçirilən səsvermədə qətnamə layihəsi rədd edilib.
79 nəfər sənədin lehinə, 125 nəfər isə əleyhinə səs verib.
XS
SM
MD
LG