Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Gülsel Səfərova: «Mən əsgər ölümündən kürsü üçün istifadə edənlərə qarşıyam»


-

Facebook-dan birbaşa şərh yaz

Facebook-dan birbaşa şərh yaz
Virtual fəallar kimlərdir: siyasətçilər, təşkilat üzvləri, yoxsa fərdlər?

Sosial şəbəkələrin səsi real aləmi bürüyürmü?


Yanvarın 16-sı Azadlıq FM-in qonağı Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova olub.

- Təşkilatımızın yaradılmasından 6 il keçib. Deyə bilərəm ki, biz çox şeyə nail olmuşuq... Fəaliyyətimizdə əsas istiqamətim sosial şəbəkələr və internet olub. İnternetdən istifadə etməklə bir mesajı minlərlə, milyonlarla insana çatdırmaq imkanımız var.

- Avropaya inteqrasiya üçün gənclərin üstünə məsuliyyət düşür. İqtisadi və informasiya texnologiyaları baxımından Azərbaycan çox inkişaf edib.

- Bizim təşkilat gəncləri siyasi baxışlarına görə bölmür. Cənab prezident İlham Əliyev gənclərlə görüşü zamanı da deyib ki, biz gəncləri siyasi baxışlarına görə bölmürük.

- Mən nə iqtidar nümayəndəsiyəm, nə də müxalifət... Heç kimdən də fikirlərimə, dediklərimə görə pul almıram. Amma bəzən özünü müxalif adlandıran gənclər sosial şəbəkələrdən istifadə edərək mənim ünvanıma tənqidlər, təhqirlər səsləndirirlər.

- Çox yaxşı ki, əsgər ölümü bu qədər sosiallaşdı, gündəmə gəldi. Əsgər ölümünü hamı kimi mən də pisləyirəm. Facebook və Twitter-də əsgər ölümünə olan reaksiyaları görəndə sevindim... Amma müəyyən bir qüvvələr bu məsələdən istifadə etməyə çalışırlar.

- Siyasi maraqlarla milli məsələlər fərqli anlayışlardı... Mən əsgər ölümündən kürsü üçün istifadə edənlərə qarşıyam. Aksiyanın fotolarına internetdən baxdım. Aksiyaya gələnlərin bir çoxları əsgər ölümlərinə sivil etiraz edən insanlar idi. Əsgər ölümü balaca bir hadisə deyil.
XS
SM
MD
LG